Əvəzolunmaz bir komediya
3.12.2006 Yazını böyüt :
2006-ci il ABŞ istehsalı olan komediya 98 dəqiqə davam edir. Rejissor Frank Coraci, ssenari muəllifləri isə Stevə Koren və Mark Okeefedir.
Filmdə komediya ilə yanaşı dram da çox ustalıqla işlənmişdir. Filmin növünə gəldikdə isə onu uç növə- drama, komediyaya və fantastikaya aid etmək olar. Yorğun iş günündən sonra gülərək istirahət etmək istəyenlər üçün əvəzolunmaz bir film sayıla bilər.
Filmdə baş rolu Adam Sandler oynayır. O çox ustalıqla Maykl Nyuman rolunu canlandırır. Mayklın yaxşı həyat yoldaşı və iki uşağı var. Həyatı öz axarı ilə davam etsə də bu həyat onu qane etmir. Karyerasında yüksəlmək istəyinə isə heç vaxt heç nədən mənmun qalmayan şefi mane olur.
Bir dəfə işdən evə yorğun bir vəziyyətdə gələn Maykl evdəki pult yığınının içərisində nə qədər axtarsa da televizorun pultunu tapa bilmir. Evdən hər cür elektron aləti uzaqdan idarə edə biləcək bir pult almaq ümidi ilə çıxan Maykl Bed, Bath & Beyond dükanına gəlir. Burada tapdığı pult isə sadəcə elektron
əşyaları idarə etməklə kifayətlənməyib insan həyatına da mudaxilə edə bilir. Ilk vaxtlar bu Mayklın xoşuna gəlsə də sonralar işlər cığırındandan çıxır.
Bu pultun Mayklın həyatını idarə etməsini və başına gətirdiyi gülməli hadisələri filmdə rejissor Frank Coraci çox ustalıqla gülüş obyektinə çevirmişdir. Filmi sizdə gözəl təəssuratlar yaradacaq.Dünya kinotetrlarında bu maraqlı ekran əsəri " Click " adı altında sərgilənib
Xoş istirahətlər…
Yazdı: B.C.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

