“Casino Royale”
3.12.2006 Yazını böyüt :
Ceyms Bond seriasının artıq 21-ci filmi olan Casino Royale-də Bondun agentlik fəailiyyətinin ilk vəzifəsi terroristlərə maddi dəstək verən Le Chiffre ilə mübarizə aparmaqdır. Bond onun terroristlərlə olan əlaqəsini kəsmək və terrorist şəbəkəsini məhv etmək üçün Casino Royale-də Le Chiffreni yüksək uduşlu poker oyununda məğlub etməlidir.
Bondun oyunda oynayacağı pula nəzarət etməl üçün xəzinədarlıq Vesper Lyndi göndərir. Bond ilk vaxtlarda bundan mənmun olmasa da sonradan ölüm təhlükəsi və getdikcə artan risklə dolu həyat içərisində onunla Vesper arasında sevgi münasibətləri yaranır. Bond və Vesper Le Chiffrenin onlara qarşı olan sui-qəsd planlarından xilas ola bilmək üçün birlikdə mübarizə aparırlar. Ama baş verənlər Bondun həyatını həmişəlik dəyişə bilmək iqtidarındadır...
Hərəkətli filmlərin artıq əfsanəyə çevrilmiş adı Ceyms Bond Timothy Dalton, Sean Connery, Pierce Brosnan kimi ulduzlardan sonra Daniel Craig tərəfindən canlandırılır. Əvvəlkilərlə muqayisədə indi daha qaranlıq bir Bon canlandırdığını deyən aktyor Danile qeyd edir-
“Bond rolunu canlandıranda əgər bir yeriniz göyərmirsə deməli bu rolu kifayət qədər gözəl yarada bilmirsiniz”. Hərəkətli səhnələrə baxanda Danielin yaman əziyyət çəkdiyi hiss olunur...
Rejissorluğunu Martin Kampbellin etdiyi və ssenarisinin Neal Purvis, Robert Wade, Paul Haggistərəfindən yazıldığı filmi izləyərkən adrenalinin artığını hiss ersəniz təəccüblənməyin
Yazdı: B.C.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

