Maşınlar filmi
3.12.2006 Yazını böyüt :
2006-cı il ABŞ istehsalı olan şirin film 96 dəqiqə davam edir. Rejissor John Lasseter həyatın mənasına bu dəfə insanlar deyil, maşınlar gözü ilə baxır. Filmin növünə gəldikdəysə həm komediya, həm da fantastikadır. Senari müəllifi isə Randi Nyumandır.
MakQuin gözəl sürətli bir yarış maşınıdır. Onun həyatı uğurla şərtləndiyindən yarışlardan başqa həyatda heç bir məqsədi yoxdur. Lakin bir gün o təsadüfi bir şəkildə Radiator Sprinqs qəsəbəsinin sakinləri ilə tanış olur. Və yalnız bundan sonra o həyatın ancaq yarışlardan ibarət olmadığını anlayır.
MakQuin bir-birindən fərqlənən və tamamilə ayrı keçmişləri olan maşınların yaşadığı bu qəsəbədə bir müddət qalmalı olur. Yarışların birində başına gələn qəza səbəbindən o bu qəsəsbədə təmir olunur. İlk əvvəllər bura onun xoşuna gəlmir, başqa maşınlara kinayəli hərəkətlərlə yaxınlaşsa da sonralar onlarla arasında çox gözəl və səmimi dostluqlar yaranır. Artıq onun üçün dünyasına yalnız sevgi, əyləncə və hətda sevgi də daxil olmağa başlayır.
Səsləndirmə komandasında Oven Vilson, Paul Nyuman, Maykl Kiton kimi məşhur adların olduğu maşınlar filmi Piksar studiyalarının İtmiş Balıq Nemo və Super Ailə animasiyalarından sonra çəkdikləri ən əyləncəli filmdir.
Yazdı: B.C.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

