Əsəb xəstəlikləri ilə bağlı araşdırma
13.12.2006 Yazını böyüt :
Tibb müəssisələrində yoxlamalar aparılacaq
Bakı Baş Səhiyyə İdarəsindən bildiriblər ki, əsəb xəstəliklərinin müayinə və müalicəsi, bu sahədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi, xəstələrin statistikası ilə bağlı araşdırmalara başlanılıb: "Ümumiyyətlə, bütün xəstəliklərlə bağlı araşdırmalar aparılır. Artıq vərəm, onkoloji və infeksion xəstəliklərlə bağlı araşdırmalar tamamlanır. Əsəb xəstəlikləri sahəsindəki araşdırmalar poliklinika, xəstəxana və digər tibb müəssisələrində aparılacaq. Təqdim edilmiş statistik göstəricilərin reallığı əks etdirib-etdirmədiyi araşdırılacaq. Yoxlama aparılarkən əhalidən daxil olan şikayətlər, xəstələrin fikirləri nəzərə alınacaq. Dekabrın sonu- yanvarın əvvəlinə vəziyyətə dair iclasın keçirilməsi nəzərdə tutulur. Araşdırmalar müzakirə ediləndən sonra nöqsanlar aşkarlanmış tibb müəssisələrinin rəhbərlərinə qarşı cəza tədbirləri həyata keçiriləcək. Xəstəliklərin ayrı-ayrı araşdırılması tibb müəssisələrində xidmətin səviyyəsini yüksəltmək, xəstəliklərin dəqiq statistikasını öyrənmək məqsədi daşıyır".
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çox arvadlı kişilər daha uzun yaşayır
Bir rejissorun "Manifest"i
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

