Dördtəkərli ölümün adı -- Nicole Richie-dir

17.12.2006 Yazını böyüt :       

NicoleNicole Richie avtomobili ilə qorxu saçdı. 

Məşhur müğənni Lionel Richie’nin qızı aktrisa Nicole Richie narkotik maddə qəbulundan sonra sükan arxasına keçsə nə olar ? Los Angeles də hərəkət alt-üst olar. Bu bizim fərziyyəmiz deyil. Nicole özü bunu görmək üçün hamıya şans yaradıb.. 

 

Keçən həftə səhərəyaxın Los Angeles küçələrində gəzişən iki nəfər əks tərəfdən gələn cipi görəndə qısa şok yaşayıblar. Şokdan çıxandan və canlarını birtəhər qurtardıqdan sonra tənbəllik etmədən polisə zəng ediblər. Hadisə yerinə gələn polislər isə gözlərinə inanmaq istəməyiblər. Çünki qarşılarında duran gözəl xanım Nicole Richie olsa da heç kim onu bu halda görmək istəməzdi. Hərəkətlərinin fərqində belə olmayan Nicole hətta onu polislərin saxladığını belə anlamayıb və sükan arxasında cip telefonuyla danışmağa davam edib.

Amma Amerika polisinin fikrincə "keçənə güzəşt" eləməzlər. Nicole polis tərəfində rəsmi akt yazıldıqdan sonra özünü polis bölməsində tapıb.

Amma bu Hollywood`un ilk bu tipli xəbəri deyil. Artıq Lindsay Lohan içkili vəziyyətdə maşın sürdüyünə görə, Hugh Grant bir fahişəylə cinsi əlaqədə olduğu anda yaxalandığına görə, Mel Gibson içkili maşın sürdüyünə görə və Lohan, Richie kimi bir çox ulduzlar fərqli səbərlərə görə polis bölmələriylə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 422 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 1)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər