2006-nın ən yaxşı 10 qadını açıqlanıb - birinci yerdə Kate Moss-dur
18.12.2006 Yazını böyüt :Britaniyanın ən məşhur qadın jurnallarından biri olan "Grazia" Kate Moss`u 2006-cı ilin ən stildə geyinən xanımı elan etdi.
Jurnal bu nəticəyə oxucuları arasında apardığı sorğudan sonra gəldi. Xatırladaq ki, artıq Kate bu ada dalbadal ikinci ildir ki, layiq görülür.
"Əsrarəngiz, qeyri-adi və birazda sehirli xanım olan Kate Moss bir qayda olaraq həmişə ən "cool" paltarlarda görünür. Ən əsası isə o həmişə istədiyi kimi geyinir. Ancaq ondan çoxdandı gözlənilən yegənaə paltar - gəlinlik paltarıdır" deyə yazan jurnal oxucularının seçimini təsdiqləyib.
Jurnalın redaktoru Jane Bruton isə deyib: "Bizim oxucular şou dünyasının ən şarmlı və ən dəbli xanımları arasında seçim ediblər. Oxucuların böyük əksəriyyəti isə bu ada Kate Moss`u layiq biliblər. Kim nə deyir desin Kate öz əsrarəngiz həyat tərzi ilə moda dünyamıızın fenomenidir."
Ən şarmlı xanımlar siyahısında ikinci yeri isə Micha Barton tutub. Onu Kylie Minogue, Scarlett Johansson, Lindsay Lohan izləyirlər.
Futbolçu David Bekcham`ın arvadı - müğənni Victoria Bekcham keçən illə müqayisədə siyahıda 2 pillə qalxaraq 8-ci yeri tutub. Aktrisa və model Sienna Miller isə əksinə keçən ilki mövqeyindən üç pillə geriləyib və 9-cu yerə düşüb.
Ən gözlənilməz isə siyahıya gənc ingilis müğənni Lily Allen`in düşməsi olub. O siyahıya 10-cu yerdən daxil olub.
Beləliklə 2006-ci ilin ən şarmlı qadınları aşağıdakılar olub
1.Kate Moss
2. Micha Barton
3. Kylie Minogue
4. Scarlett Johansson
5. Lindsay Lohan
6. Christina Aguilera
7. Erin O Connor
8. Victoria Beckham
9. Sienna Miller
10. Lily Allen
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

