Gəyirən Britni "Biabırçı Kliplər" siyahısına başçılıq edir
19.12.2006 Yazını böyüt :
ViralVideoChart.com internet saytının apardığı rəy sorğusu 2006-cı ildə tanınanların ən biabırçı kliplərini tərtib etməkdə kömək edib.
Rəy verənlərin əksər hissəsi birinci yerə yemək yeyə-yeyə, gəyirən Britni Spirzi layiq görüblər.
Həmin klipdə Britni kameramandan zaman daxilində səyahət etməyin mümkün olub-olmadığını soruşur. Sonra əlavə edir ki, onun fikrincə bu mümkündür.
Elə ikinci yerə də Spirzin az sonra boşanmalı olduğu əri sahib çıxıb. Kevin Federlayn həmin klipdə Britnidən SMS alır və arvadının ondan boşanma ərizəsi verdiyini öyrənir.
Bundan başqa siyahıda 6 -cı yeri Keyra Naytli tutur. O dişləri ilə Yağış Damlaları Başıma düşür mahnısının melodiyasını ifa edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

