“Eurovision”da Türkiyəni Kənan Doğulu təmsil edəcək
20.12.2006 Yazını böyüt :
“52-ci Eurovision Mahnı Müsabiqəsi”ndə Türkiyəni Kənan Doğulu təmsil edəcək. Bu haqda məlumatı TRT-nin Baş direktor əvəzi Əli Güney məlumat verib.
Kənan Doğuluya müsabiqədə iştirak etməsi üçün Sezen Aksu da dəstək verəcək.
Kənan Doğulu may ayında keçiriləcək müsabiqədə oxuyacağı musiqi nömrəsini 5 mahnı arasından seçəcək. Hazırda sənətçi bu mahnılar üzərində iş aparır.
Kənan doğulu müsabiqədə ölkəsini uğurla təmsil etmək üçün səy göstərcəyini bəyan edib.
Qeyd edək ki, “52-ci Eurovision Mahnı Müsabiqəsi” 2007-ci ilin may ayının 12-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.
Mənbə: Xxeber
Mənbə: Xxeber
Mənbə: Xxeber
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

