Madonna boksdan film çəkəcək

22.12.2006 Yazını böyüt :       

Məşhur müğənni Madonna rejissor qismində debüt etmək niyyətindədir.
Xazar Name O, 1960-cı illərdə çəki dərəcəsindən asılı olmayaraq dünyanın ən güclü boksçularından biri, yarımorta və orta çəkidə dəfələrlə dünya çempionu olmuş Emil Qriffitin həyatına həsr olunacaq film çəkmək istəyir.
İşçi adı "Blade To The Heart" olan filmdə 1962-ci ildə Qriffitin kubalı Benni Pareyə qarşı üçüncü döyüşündən, o məşum çarpışmadan da söhbət açılacaq.
Xatırladaq ki, həmin döyüşdə aldığı nokaut nəticəsində Pare komaya düşmüş, on gün sonra özünə gəlmədən dünyasını dəyişmişdi. Boksçunun ölümü çox böyük qalmaqala səbəb olmuşdu. Nədən ki, döyüş ABŞ-ın aparıcı telekanallarından biri ilə translyasiya olunurdu.
Bundan başqa, filmdə əfsanəvi Qriffitin "mavi" olduğu da vurğulanacaq.
14 il əvvəl sevimli barlarının birinin qarşısında vəhşicəsinə döyülən və hələ də o zərbələrin acısını çəkən Qriffit iki il əvvəl müsahibələrindən birini demişdi: "Bəzən gey-klublara baş çəkirəm. İnsanlar istədiklərini fikirləşə bilərlər".




















Mənbə: Express

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 726 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 1)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər