“Boşanırıq, çünki xasiyyətimiz tutmur”

25.12.2006 Yazını böyüt :       

Xalqları bir-birindən ayıran sadəcə dillər, rənglər, irqlər deyil ki. Bu ayrılıqların başında, heç şübhəsiz, inanc, əxlaq, milli-mənəvi dəyərlər gəlir.

X newsYəni bir türkü bir ingilisdən fərqləndirən əsas əlamət onların boyu, rəngi deyil, dünyaya baxışı, öz içində daşıdıqları əxlaq anlayışlarıdır.
Son dövrlərdə milli-mənəvi dəyərlərimiz sayəsində ciddi aşınmalar müşahidə olunmaqdadır. Kökümüzdən qopuruq, özümüzdən uzaqlaşırıq, tariximizə yadlaşırıq, yadlaşa-yadlaşa da yadların təqlidçisinə çevrilirik. Təqlidçisi olmaq nədir ki, hələ bir çox statistik göstəricilərdə onları geridə qoyuruq.
Sizə çox dəhşətli gerçəklərdən söhbət açacağıq: ailələr dağılır və hər kəs bu mənzərəyə adi hal kimi baxır. Əslində bir vaxtlar bu hadisə bir fəlakət, bir bədbəxtlik kimi dəyərləndirilirdi. “Ailə dağıldı, dünya dağıldı” deyirdilər. Əxlaq anlayışı, harama baxmamaq Anadoluda çoxluğun riayət elədiyi təməl prinsiplərdən idi. O prinsiplər nəticə etibarilə mənəvi güc, sarsılmazlıq halına çevrilib Avropanın fəthinə yollar açmışdı. Bəli, bir vaxtlar ailəsini ürəkdən sevən, hər hansı xəyanət haqqında düşünməyən, xəyanət söhbəti ortaya çıxanda eynən “Dədə Qorqud”da deyildiyi kimi: “Qılıncıma doğranayım” deyən Anadolu kişisi qərinələr, əsrlər keçdikcə başqalaşdı, o gücünü də itirdi, üzündəki nuru da, iffət, ismət duyğusunu da. Nəticə nə oldu, bilirsinizmi? 2004-cü ildə Türkiyədə 88 min 357 ailə dağılmışdır. Elə bilirsiniz ki, bu, son rəqəmdir? - Əsla! 2005-ci ildə bu rəqəm az qala 2 dəfə də artmışdır: 156 min 577 boşanma. Bəzi statistik göstəricilər başa çatmaqda olan 2006-da daha yüksək rəqəmin ortaya çıxacağını söyləməyə əsas verir. Son 10 ildə Türkiyə əhalisi 15% artmış, eyni müddətdə boşanmaların sayı isə 61% yüksəlmişdir.
İstanbul Bakırköy Əsəb Xəstəlikləri Klinikasının baş həkimi dosent Kamal Sayar son illərdə gənclərin hər hansı məsuliyyəti boynuna götürmək istəmədiyini söyləyir. Sayar nikaha girməyin bəzi gənclər üçün məhbəs kimi qorxunc bir fakt olduğunu bildirir: “Bunlar tam sərbəst, qayğısız olmaq istəyirlər. Bir-birini gördü, bəyəndi, vəssalam. Nə nikah istəyirlər, nə şahid. Ər-arvad kimi yaşayırlar. 3 il, 5 il davam edən bu qeyri-qanuni münasibətdən sonra qərar verməyi düşünürlər”.
Doktor Sayar son illərdə Türkiyədə geniş yayılmış dəhşətli gerçəklərdən xəbər verir. Əslində bu vəziyyət bir fəlakət, mənəvi çöküşdən başqa bir şey deyil. Nə o nişan mərasiminin, nə elçiliyin, nə toy mərasiminin zövqünü yaşamaq istəmirlər bu gənclər. Hər şeyin rahatlığı, qayğısızlığı onların həyat amalıdır. Bu gün xoşu ondan gəlir, onun yanındadır, sabah bir başqasına gözü düşəcək, bunu buraxıb onun yanına gedəcək. Bəli, bu, nə qədər ağır da olsa, Türkiyənin metropol şəhərlərində yetişən bugünkü gənc nəslin normal qarşıladığı həyat haqqıdır. Demək, fəlakət artıq şüurlarda adiləşib, özünə haqq qazana bilib. İnanın ki, bu gün həmin şəhərlərdə ailə-məişət mövzusunda yaşanan bu eybəcərliklər sayına görə hər hansı Avropa şəhərindən heç də geri qalmır. “Gəlin duvaqda gələr, kəfəndə çıxar” sözü çox gülünc, bayağı bir hala düşüb. Hər kəs özlərinin də dediyi kimi: “Həyatın tadını çıxarmağa” çalışır. Artıq bir yerdə yaşamaq evlilik kimi qəbul olunur. Halbuki evlilik birlikdə yaşamaq deyil, irəlicədən bir-birini seçib bəyənmək, xarakterlərini öyrənmək və ömürboyu bir yükü ortaqlaşaraq daşımağa qərar verməkdir.
Qurani-Kərimin Rum surəsində evlilik haqqında belə buyurulmaqdadır: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun Qüdrət əlamətlərindəndir”.
Ayətdən göründüyü kimi, ailə fərdləri arasında xoş münasibətlərin hakim olması təbii haldır, yəni ailə quran fərdlərin bir-birini bəyənməsi, sevməsi onun davamlılığı üçün çox önəmli amillərdən biridir.
Ailədə fərdlər arasındakı həya duyğusu da onun davamlılığına dəstək olan ən böyük amillərdən sayılır. Təəssüflər olsun ki, bəzi ailələr bu duyğulardan məhrum halda qurulur və çox keçmədən məhkəmə dəhlizlərində ömrünü başa vururlar.
Bugünkü gəncliyi bu mövzuda milli-mənəvi dəyərlərdən, onları bayağılaşdıran, məsuliyyətdən, sevgidən, əhdə vəfadan uzaqlaşdıran amillərdən söhbət açanda heç şübhəsiz, televiziyalar ağla gəlir. Televiziyalarda hər gecə nümayiş etdirilən bayağı seriallar elə bil ki, gəncliyin qəlbindəki təmiz duyğuları silib götürür, onları həmin filmlərdəki qəhrəmanlara bənzədir, hər şeyin üzərindən həya pərdəsini götürür. Bəzi kanallar isə davamlı olaraq məşhurların kiminlə görüşdüyünü, kiminlə oturub-durduğunu xəbər halına gətirir, ildə neçə dəfə tərəf-müqabil dəyişdiyini gündəmdə tutur. Təbii ki, 14-15 yaşlı gənc oğlan və ya qız 3-5 dəfə bu cür xəbərlərlə rastlaşdıqdan sonra artıq bir qədər öncə dediyimiz dəyərlər onun üçün mahiyyətini itirmiş olur.
Latın Amerikasının hansısa ölkəsində istehsal olunan bu filmlər gəncliyimizi yolundan azdırır, kökündən, soyundan, əxlaqından, inancından uzaqlaşdırır. Beləcə, millət səmtini, yönünü dəyişir.
Boşanma indi çox asan bir işdir. Məhkəməyə müraciət edirsən, suallardan da “xasiyyətimiz tutmadı” deməklə canını qurtarırsan. Boşanma halaldır, amma Allah-Təalanın sevmədiyi bir halaldır. Allah-Təalanın sevmədiyi mənzərələrin adiləşdiyi bir cəmiyyətdə təbii ki, xeyir-bərəkət də davamlı olmaz.
Boşanmaların təməlində iqtisadi problemlərin olması da inkaredilməz gerçəkdir. Amma bu günün reallığı ilə baxdıqda iqtisadi sıxıntıların heç də həlledici olmadığını qəbul etmək mümkündür. Məsələnin kökü başqa yerdədir: bizi dəyişirlər, övladlarımızı başqa səmtə yönəldirlər, azdırırlar. Kökündən qopanlar həmişə başqalarının ayaqları altına yıxılar. Bizi kökümüzdən qoparırlar. Boşanmaların adi hal sayıldığı cəmiyyət heç də bizə doğma sayıla bilməz. Biz özümüzdən uzaqlaşan, özümüzə ögeyləşən bir cəmiyyətin fərdlərinə çevrilirik.




Mənbə: Zaman

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 709 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 1)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər