Tarkanın qardaşı Əfqanıstanda itkin düşüb
31.12.2006 Yazını böyüt :Tanınmış türk müğənnisi Tarkan Tevelioğlunun Əfqanıstanda 3 ilə yaxındır tikinti biznesi ilə məşğul olan qardaşı Hakan itkin düşüb.
"Sistema" inşaat şirkətinin başçısı olan Hakan Tevelioğlunun iş ortağı Hamit Zaher bildirib ki, artıq dördüncü gündür telefonu bağlı olan Hakandan heç bir xəbər yoxdur. H.Zaher əlavə edib ki, Əfqanıstanda hər kəs Hakanın məşhur müğənninin qardaşı olduğunu bilirdi. Onun qaçırılması və yaxud borcları üzündən girov götürülməsi ehtimal olunur.
Əfqan polisinin araşdırmaları da hələlik heç bir nəticə verməyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çox arvadlı kişilər daha uzun yaşayır
Bir rejissorun "Manifest"i
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

