Tərki-dünya olan Hollywood ulduzları
1.01.2007 Yazını böyüt :
Bütün dünyada kitab satış rekordlarını üstələyən “Ferrarisini satan müdrik” kitabı deyəsən Hollywoodun məşhur ulduzlarına yaman təsir edib. Lyüks həyatları və şöhrətləri ilə dünyanın gözünü qamaşdıran ulduzlar bir-birlərindən nümünə götürərək bu həyatlarından imtina etməyə başladılar. Bu siyahıda ulduzlara liderlik edən isə məşhur “Karib dənizinin quldurları” kinosunun yaraşıqlı aktyoru Johnny Depp oldu. Belə ki filmin çəkildiyi Bahama adaları onun çox xoşuna gəlib və o artıq ilin böyük bir hissəsini orada keçirir. Digər bir məşhur isə Orlando Bloomdur. Belə ki o da vaxtının çoxunu şöhrətdən uzaqda, Uzaq Şərqdə keçirir. Bu siyahıda ən təəccüblü xəbər isə Bruce Willislə bağlıdır. Tərki-dünya olmağı qərara alan aktyor adını sirr kimi gizlətdiyi bir yerdə dağ satın alıb. Və orda bir ev tikdirib. İndi isə evində istyirahət etməklə məşğuldu. Adları çəkilən hər 3 aktyor Amerikadan tamam uzaqlaşacaqlarını qeyd ediblər.
Yazdı: B.C
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

