Ən pis it sahibləri…
3.01.2007 Yazını böyüt :
ABŞ-ın iki ən populyar itlər haqqında jurnalı məşhurlar arasından 2006-cı ilin ən yaxşı və ən pis it sahiblərini müəyyən etdi. Beləliklə itini bir çanta kimi yanında gəzdirən Britney Spears ilin ən pis it sahibi seçildi.
5 itinə öz uşaqları kimi qulluq edən və eyni zamanda heyvan hüquqları müdafiəçisi Oprah Winfrey isə ilıin ən yaxşı it sahibi seçildi.
2006-ci ilin ən maraqlı dəyərləndirməsini həyata keçirən jurnallarsa The New York Dog və The Hollywood Dog oldular. İtlərinə verdiyi qiymətlərə görə ən pis və ən yaxşı beşlik oxucuların verdiyi qiymətə əsasən müəyyən edilib. Oxucular Britneyi Chihuahuas cinsi üç itini getdiyi dəvətlərə çanta kimi aparmaqda günahıandırırlar.
Siyahıda itinə ən pis davranan ikinci məşhur isə Paris Hiltondur. O isə itlərə bir aksesuar kimi baxmaqda günahlandırılır.
İlin ən yaxşı it sahibi isı Amerikanın ən yaxşı talk-show aparıcısı olan Oprah Winfrey seçildi. İtsevərlər məşhur aparıcının sahibi olduğu beş itə də öz uşağı kimi qulluq etdiyini fikirləşirlər. Öz proramlarında it hüquqlarını sona qədər mudafiə etməyə çalışan Winfreyi bacarıqlı oyunçu Tori Spelling siyahıda təqib edir. Ümumiyyətlə isə isevərlərin ən başlıca tənqid bəhanəsi məşhurların itləri mediyada özlərinə qarşı simpatiya qazanma vasitəsi kimi görmələri olub.
Sonda isə ən yaxşı və ən pis it sahibi siyahısı...
Ə n yaxşı it sahibləri
1- Oprah Winfrey
2- Tori Spelling
3- Beth Ostrosky
4- Nicollette Sheridan
Ən pis it Sahibləri
1- Britney Spears
2- Paris Hilton
3- Serena Williams
4- Courtney Love
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

