Celine Dion Las Veqası tərk edir
6.01.2007 Yazını böyüt :
Müğənni ötən ay yeni ətirin istehsalına başlayıb
Beş ildən sonra Celine Dionun Las Veqasın Cezar Sarayındakı muqisi çıxışları dekabr ayında başa çatacaq.
İlkin olaraq müğənni 2003-cü ildə Yeni gün adlanan şouda ifa etmək üçün 100 milyon dollarlıq saziş imzalamışdı.
Sazişin müddəti sonradan uzadılmışdı.
Şounun keçirildiyi teatr binası xüsusi olaraq proqram üçün tikilmişdi. Prodüserlərin dediklərinə əsasən, indiyə kimi bu şouya 2.5 milyon insan tamaşa edib.
Öz internet səhifəsində kanadalı müğənni bunları deyib:
" 4 il əvvəl bu macəraya başlayanda, təcrübədən keçirəcəklərimin bu qədər möcüzəvi olacağını bilmirdim. "
Bu ayın sonu televiziyada nümayiş etdirilmək üçün Yeni Gün lentə alınacaq.
Avqust ilə dekabr ayları arasındakı proqramlar üçün biletlər satışa martın 1-i çıxarılacaq.
Cezar Sarayı kanadalı ulduzu kimin əvəz edəcəyini hələ elan etməyib.
Mənbə: BBC
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

