Spirtli içkinin xeyri?
9.01.2007 Yazını böyüt :
Spirtli içkilər heç də insan bədənin ehtiyacı olan maddələrdən deyil. Daxili orqanlar spirtli içkilərə sanki yad reaksiyası göstərərək onu bədəndən atmaq üçün fəailiyyətə başayırlar. Normadan artıq olan bu fəailiyyət daxili orqanların daha tesz yorulmasına və funkiya pozğunluqlarına gətirib çıxarır. Spirtli içkilərin bədəndə ən tez təsir etdiyi yer beyindir. Spirt ilk olaraq beyinin fəailiyyətini sürətləndirsə də bu sürət getdikcə azalaraq mənfi təsirə keçir. Hərəkət funksiyalarının yerinə yetirildiyi beyin hissələrinə təsiri nəticəsində bacarıq, refleks və hərəkət gücü pozulur.
Spirt ağciyərlərə də mənfi təsir edərək onun oksigenlə daimi təminatını pozur. Spirtin qaraciyər üzərində mənfi təsiri isə qaraciyərin yağlanması, iltihab baş vermə riski və sonda sirozun baş verməsidir.
Spirtli içkilərdən daimi istifadə etdikdə həzm sistemi ilə əlaqədar olaraq ağızda xərçəng, qida borusu iltihabı, mədə iltihabı və bunun kimi bir sıra ağır xəstəliklər yarana bilər.
Spirtin qan sistemində ən çox təsir etdiyi orqan isə ürəkdir. Spirtli içkiyə vərdiş edən insanlarda ürək döyüntüləri yüksək templidir. Bu yüksək temp ürək təzyiqinin yüksəlməsinə səbəb olur.
Göstərdiyimiz bu qədər ziyanın qarşısında isə alimlər son zamanlar spirtli içkilərin bəzi xeyirlərini araşdırmağa başlayıblar. Belə ki alimlər spirtin bəzi ürək xəstəliklərinin yaranma riskinin aşağı salmasına inanırlar. Indi onların mübahisə səbəbi isə hansı ölçüdə spirtli içkinin xeyirli ola biləcəyidir. Alimlərin gəldiyi son ortaq fikrə görə isə gün ərzində 10 qram tünd olmayan spirtli içki bəzi ürək xəstəliklərinə riski azalda bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çox arvadlı kişilər daha uzun yaşayır
Bir rejissorun "Manifest"i
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

