Rok-ulduzu Deyvid Boui 60 yaşını qeyd edir
10.01.2007 Yazını böyüt :
60 yaşında belə o, yeni mahnılar yazıb yayımlayır. Müğənninin yaradıcılıq yolu şoxşaxəli və mürəkkəb olub.
O, filmlərdə də çəkilib, 130 milyondan çox lent yazısı satıb və işinə davam etmək fikrindədir.
Ekzotik qrimm, əcaib paltar, mahnılarındakı təhlükəli sözlər, cinsi əlaqələrə açıq eyhamlar... Adamın inanmağı gəlmir ki, vaxtilə Amerikada mahnıları qadağan edilmiş Deyvid Bouinin 60 yaşı tamam olur.
O Yerə göydən düşmüşdür. İlk dəfə ona şöhrəti 1966-cı ildə populyar "Kosmik Odisseyi" filmi qazandırmışdır. Gənc Boui həmin filmdə əsas obrazlardan birini - Ziggi Stardastı oynayırdı.
Sonralar o yenə də fantastik süjetli "Göydən Yerə Düşən Adam" filmində çəkildi.
Bouinin həyat və yaradıcılıq yolunda kokain, alkoholizm və psixoloji çətinliklər də olub. Lakin həmin illər artıq keçmişdədir və son vaxtlar ulduz artıq yaşa dolduğundan və müdrikləşdiyindən danışır.
Bu il eləcə də Elton Con və Miq Cəqqerin 60 yaşı tamam olur. Hər ikisi fəal şəkildə ifaçılıq sənətini davam etdirirlər.
Düzdür, onlardan fərgli olaraq, Devid Boui köhnə mahnılarını ifa etmir. O, daima yeni mahnılar yazır. İfaçılıq yolunu qiyamçı kimi başlayan müğənni 60 yaşında belə kompromislərə getmək fikrində deyil.
Mənbə: BBC
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

