Net xəstəlikləri
15.01.2007 Yazını böyüt :
Dünyanı tutan və getdikcə böyüyən internet insan həyatını bir çox tərəfdən dəyişir. İnformasiya əldə etmənin indiyə qədər görünməmiş asanlıqla həyata keçirilməsi, sərhədsiz əyləncə insanları internetə daha çox bağlayır. Və internet insan həyatına yalnız xeyirli tərəfdən təsir etmir.
Aktiv internet istifadəçiləri heç özləri də hiss etmədən bəzi internet xəstəliklərinə tutulma riski altındadırlar. İngiltərənin tanınmış tibb jurnalı The New Scientistin xəbərinə görə, milyonlarla insanı komputerə bağlayan internet ego sörfü, blog həvəskarlığı, youtube narsizmi və wikipedializm kimi qəribə xəstəliklərə şərait yaradır. Budur The New Scientist jurnalına əsasən aktiv internet istifadəçilərini gözləyən xəstəliklər:
Ego sörfü: Müəyyən vaxt aralıqları ilə internetdə öz adını axtaran və özü haqda internetdə hansı məlumatların tapmağın mümkünlüyünü yoxlayan insanların tutduğu xəstəlik.
Enfornografiya: Pornografiya ve enformasyon sözlərindən əmələ gəlmiş bu söz "məlumat kasadlığını internetlə doldurmağa cəhd etmə" kimi müəyyən edilir.
Blog həvəskarlığı: Bilinməməsi və yayılmaması hər kəs üçün faydalı olan informasiyaları inernetdə on-line yaymağa maraq.
Youtube-Narsizmi: Özünü məşhur etmək üçün ardıcıl olaraq öz videolarını internet səhifələrində yayımlama.
Myspace Təqlidi: Internetdə tamam başqa bir şəxsiyyətə bürünmə, özünü başqa cür tanıtma.
Google Təqibi: Bütün yaxınları, tanışları və ya tanımadığı, sadəcə adını bildiyi insanlar haqqında ardıcıl olaraq internet vasitəsi ilə məlumat əldə etməyə çalışmaq.
Syberhondrik: Ən kiçik bir xəstəlik əlaməti hiss etdikdə hkimə yoxlanmaq əvəzinə internetdəki mualicə növlərini axtarma.
Photolooking: Internetdə saatlarla tanımadığı insanların şəkillərinə baxma marağı.
Wikipedializm: Günün əhəmiyyətli bir hissəsini internet ensikloöediyası Wikipediaya məlumatlar yazmaq, mətnlərlə axtarış etməyə keçirmək.
Crackberry: Xüsusilə də şirkət idarəçilərinin tuduğu bu xəstəliyin əsas törədicisi e-mail qəbul edib göndərə bilən, internetə giriş edə bilən əl kompyuteri tipli telefon olan Blackberry telefonlarıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

