Siqaretin bilinməyən təsirləri

22.01.2007 Yazını böyüt :       
alt Artıq hamı siqaretin insan bədəninə nə qədər zərərli olduğunu bilir. Tütünün xərçəng əmələ gətirən maddələrdən olduğu heç kimə sirr deyil. Ancaq siqaretin zərərləri bunlarla bitmir. Bu barədə çox yazılıb, çox deyilib. Bəs tərkibində 3700 zərərli maddə olan zəhər mənbəyi haqqında bunları bilirsinizmi ?
Siqaret - insanları bir növ narkotik maddə bənzəri özünə aludə edir. Tərkibində 3700 zərərli maddə var ki bunlardan da ən təhlükəliləri karbon monoksit, hidr ogen jen siyanid və ammonyakdır. Və bu zərərli maddələr siqaretlə birgə alınan hər nəfəsdə insan bədənini daha da çirklədir. Bunun sonunda isə astma, qaraciyər yanğısı, döş qəfəsi ağrıları ilə başlayan daha dərin xəstəliklər...
Dünyada hər 13 saniyədə bir insan siqaretlə bağlı xəstəliklərdən dünyasını dəyişir. Hər il dünya miqyasında 2 milyon yarım insan siqaretə görə ölür. Bü ölümlərin başlıca səbəbi isə ağciyər xərçəngidir. İkinci səbəb isə ürək xəstəlikləri və digər xərçəng xəstəlikləridir.
İnsan bədənində siqaretin təsirinə biganə qala bilən heç bir orqan ya da hissə yoxdur. Bu yazıda qısa bir səyahətlə siqaretin insan bədənindəki zərərlərini diqqətinizə çatdırmağa çalışacağıq..
Daimi siqaret çəkən bir insanın ağız boşluğu xərçəngi tutma riski çox böyükdür. Bundan başqa duman bəzi diş əti xəstəliklərinə də səbəb ola bilər. Diş çürümələrinə və nəfəsin qoxmasına səbəb olur. Bundan əlavə daimi çəkənlərdə xroniki baş ağrıları da olur. Beynə gedən oksigen azalmaldığından beyin damarlarının daralması baş verir.
Nəfəs borusundan keçən tüstü ağciyərlərə enir. Tüstü tərkibindəki higrogen siyanid bronxların divarlarına ağır zərər verdiyinə görə xroniki öskürək yaranır. Bronxlar zəyiflədikcə məhz bu hissədə çoxlu sayda xəstəliklər yaranmağa başlayır. Ağciyərə təsirinin ölçüsünü göstərmək üçün isə bir cümlə kifayətdir - daimi çəkənlərin ağciyər xərçəngi tutma ehtimalı çəkməyənlərə nisbətən 10 dəfə çoxdur.
Siqaretin ürəyə verdiyi zərərlər isə bir sözlə məhvedicidir. Nikotin qan təzyiqini yüksəldir. Tərkibindəki karbon monooksid qandakı oksigeni yox edir. Bu səbəbdən damarlarda xolesterol toplanır ki bu da infarkt təhlükəsini birə beş artırır. Bununla yanaşı bədəndəki qan dövranı zəyiflədiyindən qanqren təhlükəsi də artmış olur. Yaranan yüksək təzyiq böyrəklərə də ciddi ziyan vurur.
Aparılan tədqiqatlarda müəyyən olunmuşdur ki siqaret çəkən kişilərin 40 faizi heç yaşlılıq həddinə çatmadam həyatdan köçür. Müayisə üçün onu da bildirək ki bu rəqəm siqaret çəkməyənlərdə 18 faizdir. lakin siqareti tərgitdiyiniz andan etibarən bədənə özünü təmir etməyə başlayır. uzun müddət olsa 10 il ərzində bədən heç siqaret təsirinə məruz qalmamış kimi yenilənir. Ama siqaterin yuxarıda sadalanlarda əlavə bir çox zərərlərinin olduğunu və bunların kifayət qədər ciddi olduğunu nəzərə alsaq 10 il bədən üçün heç də çox deyil. Bəs niyə siqareti tərgitmək üçün onun nəsəs ciddi bir fəsadını gözləyirsiniz ? Bu fəsadların çoxsunun da öldürücü olduğunu nəzərə alsaq siqareti tərgitmək üçün bundan yaxşı səbəb ola bilərmi ?




Yazdı
: Babək

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 826 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 8)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər