«Çox kök insanlar bir məkanda arıqlayacaqlar»

30.01.2007 Yazını böyüt :       

Efirdə yeni realiti-şou

Murad Dadaşov: «Zülfiyyə Xanbabayeva da şouda iştirak etmək istədiyini bildirib»

Xazar NameƏgər arıqlamaq istəyirsinizsə, o zaman… Murad Dadaşova müraciət edin. Belə ki, tanınmış şoumenin yeni layihəsi, məhz artıq çəkidən əziyyət çəkən insanların bədən quruluşunu formaya salmasına həsr olunur. Hətta tez arıqlayan adamı mükafat da gözləyir. Yaxşısı budur, gerisini Murad Dadaşovun öz dilindən eşidin:

- Yeni televiziya fəslinə hazırlaşırıq. Şərti adı «Gombullar» olan layihəni sentyabrda təqdim edəcəyəm. Sizi əmin edirəm ki, çox maraqlı bir realiti-şouya baxacaqsınız.


- Layihənin şərtləri nədən ibarətdir?


- Həddindən artıq kök insanlar bir araya gəlib, maraqlı bir həyat yaşacaqlar. Onlar birlikdə arıqlayacaqlar. Bu, ödənişli arıqlama olacaq. Ən yaxşı həkimlər onlarla işləyəcək. Ən yaxşı yerlərə səyahət edəcəklər, ən yaxşı klinikalarda müalicə alacaqlar. Burada söhbət sağlam arıqlamaqdan gedir. Mən özüm də istəyirəm, bu layihədə iştirak edim. Bəlkə də, yeganə imkandır ki, arıqlaya bilərəm. Bu şansdan istifadə edəcəyəm. Bilirsiz, bəziləri elə fikirləşirlər ki, kök insanlar bütün günü yemək yeməklə məşğuldurlar. Əslində, belə deyil. Artıq çəkidən əziyyət çəkən əksər adamlar ictimaiyyət arasına çıxmaqdan çəkinirlər, onlarda bir kompleks yaranır. Şouda iştirak etməklə onlar həm bu kompleksdən azad olacaq, həm də arıqlayacaqlar. Yəni, göstərmək istəyirəm ki, onlar da hamı kimi adi insanlardır. Layihə çərçivəsində şişman insanların adi yaşayış tərzinə qayıtmasına yardım etməyə çalışacağıq.


- Həmin insanlar bir evdə yaşayacaqlar?


- Bir məkanda yaşayacaqlar. İnanın mənə ki, çox maraqlı, çox super bir realiti-şou olacaq. Bunun işçi adı «Gombullar şousu»dur. Amma başqa bir ad seçəcəyik. Bu, Azərbaycanın ən maraqlı şousu olacaq. Təxminən 16 nəfər iştirakçı nəzərdə tutmuşuq.


- İştirakçılar tanınmış adamlar olacaqlar?


- Əslində, adi adamlar nəzərdə tutulub. Amma maraqlısı odur ki, çox tanınmış pop ulduzumuz layihədə iştirak etmək istədiyini bildirib.


- Kimdir o?


- Özünü kök hesab edən Zülfiyyə Xanbabayeva. Zəng vurub, dedi ki, «Murad, bəlkə mən bu şouda iştirak edib arıqladım, necə olar?» Dedim, buyur, iştirak elə, problem deyil. Hər halda, bu təklifdir. Ola bilər ki, heç iştirak eləməsin.

- Dediniz, kök insanlar bir yerdə arıqlayacaqlar. Arıqlamaq hansı metodla aparılacaq?


- Onlar heç bir cərrahiyyə əməliyyatı keçirmədən, qeyri-sağlam əziyyət çəkmədən arıqlayacaqlar. Hər həftə bir nəfər şounu tərk edəcək. Arıqlamaq prosesinə mane olan insanlar şoudan uzaqlaşdırılacaqlar. Tamaşaçılar özləri hər şeyi yerbəyer edəcək.


- Deməli, yenə SMS-lər rol oynayacaq?


- Təbii. Bütün dünyada realiti-şoular SMS üzərində qurulub. Yəni, tamaşaçıların iştirakını layihəyə başqa cür cəlb edə bilsəydik, həmin üsulu seçərdik. Təəssüf ki, yeni bir üsul icad edilməyib. Ona görə də, iştirakçıların taleyini tamaşaçı SMS-i həll edəcək.


- Murad bəy, dəqiq açıqlamadınız, iştirakçılar hansı metodla arıqlayacaqlar? Dieta saxlayacaqlar?


- Deyirsiniz ki, layihənin bütün sirlərini sizə açıqlayım? Onda baxanda maraqlı olmaz axı. Sirr olaraq nəsə qalmalıdır, ya yox?! İnanın ki, çox baxımlı bir şou olacaq. Artıq bir neçə nəfər var ki, onları layihəyə cəlb etmək barədə düşünürəm. Maraqlısı bilirsiz nədir? Məni onların yanında görəndə başa düşəcəksiniz ki, mən və köklük, başqa-başqa şeylərdir. Onlar o qədər kökdürlər, o qədər… Belə deyək ki, 130 kilo bu insanlar üçün orta bir göstəricidir.


- Bəs sona qədər şouda qalan və arıqlayan insanı hansı mükafat gözləyir?


- Həmin insanın arıqlaması elə mükafatdır da. Amma başqa hədiyyələr də ola bilər. Hələlik, qoy bunu da sirr saxlayım.


- Xeyli vaxtdır ki, «Maşın» realiti-şousundan bir xəbər yoxdur. Hətta layihənin bağlandığı da deyilir…


- «Maşın» realiti-şousu bağlanmayıb. Bu istiqamətdə iş görürəm. Allah qoysa, martın əvvəllərində layihəyə start veriləcək, düşünürəm ki, Novruz bayramına qədər artıq bitəcək. Yenə də, iştirakçılar ulduzlar olacaq. Adlarını soruşmayın, siyahını açıqlamayacağam.


- Eşitdiyimizə görə, daha bir layihə üzərində işləyirsiniz. Şounun iştirakçıları çoxlu pul qazanacaqlar…


- Yeni layihə «Pul» adlanır. Bu, Azərbaycanın ən böyük realiti-şousu olacaq. Uduş fondu 1 milyon manatdır. Pul bir nəfərə qismət olacaq. Yalnız bir nəfər – şounun qalibi, pulun sahibi olacaq. Burada insanlara pul xərcləmək imkanı veriləcək. Bu şouda bütün iştirakçılar ağılla, savadla, biliklə pul xərcləməlidir.



Yazdı: Ülviyyə SABİRQIZI ( Gündəlik Azərbaycan qəzeti )

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 590 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 2)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər