Necə Şvarsnegger olmalı?

31.01.2007 Yazını böyüt :       
Bodibildinq ustalarının möhkəm, əzələli bədəninə malik olmaq bir çoxlarının arzusudur.

Xazar NameArzu olunan ideala çatmaq üçün onlar trenajor zallarında uzun saatlar sərf edir və şübhəli tərkibə malik cürbəcür qida əlavələri qəbul edirlər. Amma bu cür həyat tərzi hamıya uyğun deyil. Buna görə də həmin məqsədə nail olmaq üçün ağır fiziki məşqlərə ehtiyac olmayan bir üsul tapılıb. Bu üsul insan beyninin qeyri-adi qabiliyyətlərinə əsaslanır. Əgər insan fiziki məşqlər zamanı bədəninin ayrı-ayrı əzələlərinin gərildiyini xəyalən təsəvvür etsə, beynə bəzi mərkəzləri güclü şəkildə oyadan və əzələlərin tonusuna müsbət təsir edən elektrik impulsları daxil olur. Elektroensefaloqramın göstərdiyinə görə, məşq edənin beyni, beləliklə, daha dəqiq və güclü elektrik siqnalları generasiya edir və bunlar da işləyən əzələləri idarə edir. Artıq belə autotreninqdən bir ay sonra əzələlər 10-15 %  böyüyür. Bir şeyə diqqət etmək lazımdır ki, belə məşqlər də müntəzəm və davamlı olmalıdır. Amma bunu gözüyumulu, evdən çıxmadan, hətta divanda uzanaraq da etmək olar. Belə tədqiqatların aparılmasının əsas səbəbi bu yolla yaşlı, həmçinin azhərəkətli həyat tərzinə malik adamların əzələlərində tonusu saxlamaq ehtimalı olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 596 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 7)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər