Həmişə cavan və seksual
6.02.2007 Yazını böyüt :
Hamı cavanlığa və gəncliyə həsrət duyur. Gənclik illərindəki enerjisini, gözəlliyi yenidən qaytarmaq istəyi orta və yaşlı nəslin ümumi arzusudur bəlkə. Bəs gənclər öz gözəlliklərinin, sağlamlıqlarının, enerjilərinin qədrini bilirmi?
Kifayət qədər enerjili və seksual olmağı istəyirsinizsə yaşadığınız gəncliyin və sağlamlığın qədrini bilin. Bunun üçün də bəzi şeyləri bilmək vacibdir. Sağlam qidalanmaq, spirtli içkilərdən və siqaretdən uzaq olmaq, dəri təmizliyinə diqqət etmək, idmanla məşgul olmaq bunlardan bəziləridir. Budur, sizi gənc, sağlam, enerjili göstərəcək bir neçə məsləhət.
Sağlam bir dəri
Sağlam dəri gözəlliyin mühüm atributlarından biridir. Özünüzə qarşı nə qədər diqqətli hərəkətli etsəniz dərinizi o qədər yaxşı qoruya və gözəlləşdirə bilərsiniz. Diqqət edin, siqater və dumanlı mühitlərdən uzaq olun, dərinizə qulluğu heç vaxt gecikdirməyin. Hər səhər və axşam dəri mütləq təmizlənməlidir. Dəri üçün istifadə ediləcək kremlər seçəndə onların sizin dəri tipinizə uyğun olmasına mütləq xüsusi diqəət edin.
Sağlam qidalanma
Yemək vaxtlarının həmişə eyni vaxtda olmasına, vitamin və minerallarla zəngin qidalara üstünlük verin. Səhər yeməyini heç vaxt təxirə salmayın. Çünki enerjinizin əsas hissəsi səhər yeməyi zamanı toplanır. Bacardığınız qədər su için. Gün ərzində 8 stəkan normadır. Unutmayın ki su bədəni təmizləyir, dəriyə sağlamlıq verir. Meyvə tərəvəzdən çox istifadə edin.
Siqaret və içkiyə diqqət
Siqaret və spirtli içkilər insan bədəninin başlıca düşmənlərindəndir. Onlar dərinin canlılığını itirir. Siqaret çəkməsəniz də çəkilən mühitlərdən uzaq olun. Spirtli içkilərin çox istifadəsi isə gənc yaşda insanı qocaldır. Bu ilk olaraq özünün xarici görünüşdə biruzə verir. Əgər içmək istəsəniz gün ərzində 1-2 stəkan qırmızı şərabın yaxşı təsir etdiyini nəzərə alaraq üstünlüyü ona verin.
Yaxşı yuxu
Yuxu saatlarına diqqət göstərin. Yuxunuzun müddəti qədər keyfiyyəti də vacibdir. Günün sonuna yaxın tərkibində kofein olan maddələrdən uzaq olsanız yaxşıdır. Axşam vaxtları saat yeddidən sonra yemək yeməməyə çalışın. Zehninizi yormayın, həzin bir musiqi və sakit templi kitablar oxuyun. Əgər gecə yaxşı yata bilməyibsinizsə günə idmanla başlayın.
Sosial həyat
Yaşadığınız həyat tərzi, ictimai işlərdə fəallıq və sosial muasir həyatdan geri qalmalağa çalışın. Bu halda özünüzə inam artacaq. bu həm də sizin imicinizn formalaşmasında mühüm rol oynayır. Elə dostluqlar qurun ki yaxşı vaxt keçirə biləsiniz. əgər uzun müddətdir ki aktiv həyatdan geri qaldığınızı fikirləşirsinizsə qələm və kağız götürərək maraqğınızı cəlb edən sahələri yazın. Daha sonra onlardan bir neçəsini seçib onlar haqqında daha çox məlumat toplamağa və axt ayırmağa başlayın. Bu xoşladığınız bir şeylə məşğul olduğunuz üçün özünüzdən razı qalacaqsınız. Unutmayın, hobbiləri olan insanlar həmişə bundan mənmun olurlar.
Yazdı: Babək
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

