Sevgiliyə hədiyyə

10.02.2007 Yazını böyüt :       
alt

Sevgililər gününə artıq 4 gün qaldı və siz hələ də hədiyyə seçməmisiniz? Elə isə sizin üçün yazılmış bir neçə məsləhəti oxumağa dəyər. Bunlardan biri mütləq sevgilinizi xoşbəxt edəcək...

Dünyanın hər tərəfində qeyd edilnən sevgililər günü özünü sevgi yolunda fəda edən St. Valentineni xətrinə keçrilir. Uzun əsrlər bundan əvvəl sevgililər bu günü qeyd edərkən adlarını yumurtalara yazıb suya atır, sevgiləri naminə əllərində xüsusi kartlar düzəldirdilər.

Muasir dünyada dəyişən hər şeylə bərabər isə sevgililərin bir-birlərinə sevgi sübut etmə tərzləri də dəyişdi. Artıq sevgililər bir-birlərini düşündüklərini, diqqətlərini aldıqları çiçək və hədiyyələrlə göstərməyə çalışırlar. Sevgini ifadə üsulları dəyişsə dəyişməyən yeganə sevgi qaldı. Sevgililər günündə gözlənilməyən hədiyyələrlə sevgilini sevindirmək artıq bir adət halını alıb. Bu günün sevinci və həyəcanı günlər əvvəl sevgililəri bürüyür. Nə alınacaq, həmin günə necə plan qurulacaq kimi suallara cavab tapmaq marağı hər şeydən üstün gəlir.

Hamı fərqli olmaq, fərqli bir tərzdə yadda qalacaq qeyd etmə üçün çırpınır. Bu ki ildə bir dəfə olan gündür.. Ona məxsusi bir hədiyyə çox sevdiyi bir gül, ya da sizin yanınızda bəyəndiyi bir aksesuar, çoxdan bəri axtardığı bir şey ola bilər. Məhz bu hədiyyəni gözəl bir axşam yeməyindən və ya romantik bir gəzintidən sonra təqdim etmək onun çox ürəyincə olacaq.

Sevgililər gününə az bir müddət qalan vaxtda hər tərəf üzərində ürək şəkilləri olan müxtəlif hədiyyələlə dolu olur. Ama yaxşı olar ki fərqli bir şey tapasınız. Bunu üçün öz fantaziyanızı işə salın. Məsələn sevgilinizin həyat tərzi sizə seçimdə çox kömək edə bilər. Məsələn o soyuq qış günlərində belə gəzməyi, vaxtını dostları və yaxınlar ilə bayırda keçirməyi xoşlayırsa ona gözəl bir şərf bağışlaya bilərsiniz.

Və ya sevgiliniz təbiətə yaxın, heyvanları xoşlayırsa ona ev heyvanı hədiyyə etmək gözlənilməyən gözəl bir surpriz ola bilər.

Unutmayın, sevmək və sevilmək gözəldi...

 

 

Yazdı : Babək

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 1007 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 14)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər