Azərbaycanlıların 57,1 faizi piylənmədən əziyyət çəkir

15.02.2007 Yazını böyüt :       

Amerikanın «Forbes» jurnalı artıq çəkisi olan sakinlərinin sayına görə, dünya ölkələrinin reytinqini dərc edib. Reytinqin hazırlanması zamanı 15 yaşdan yuxarı olan insanların çəkisi nəzərə alınıb.
Xazar NameAzərbaycan 194 ölkə arasında 53-cü yeri tutur – ölkə əhalisinin 57,1 faizinin çəkisi normadan artıqdır.

Keçmiş SSRİ respublikalarından piylənmədən ən çox Belarus əhalisi əziyyət çəkir (66,7 faiz və 22-ci yer). MDB-də ən qədd-qamətli insanlar isə Tacikistan sakinləridir – onların yalnız 37,3 faizinin artıq çəkisi var.

Yer kürəsində ən arıq insanlar isə Eritreyadadır. Bu ölkənin əhalisinin yalnız 4,4 faizi kökdür və reytinq-cədvəldə sonuncu - 194-cü yeri tutur. Axırdan sonrakı yerləri isə Efiopiya (5,6 faiz) və Banqladeş (6,1 faiz) sakinləri tutur.

Piylənmədən ən çox isə Nauru (94,5 faiz), Mikroneziya (91,1 faiz) və Kuk Adalarının (90,9 faiz) sakinləri əziyyət çəkirlər. ABŞ siyahıda 9-cu (74,1 faiz), Rusiya isə 92-ci yeri tutur (49,1 faiz).

Ümumilikdə isə Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hazırda dünyada 1,6 milyard insan həddən artıq kökdür və bu tendensiya davam edərsə, rəqəm yaxın 10 il ərzində 40 faiz artacaq.

Ekspertlərin fikrincə, dünyada insanların tədricən kökəlməsinə təəccüblənməyə dəyməz. Onlar bunda urbanizasiya və «fast food» (ayaqüstü yeməklər), az fiziki hərəkət və stressli iş kimi Qərb həyat tərzini təqsirləndirirlər.

Piylənmə üzrə Beynəlxalq İşçi Qrupun ictimaiyyətlə əlaqələr direktoru Nevil Riqbi deyir ki, «urbanizasiya ucbatından daha çox insan sıx mühitdə yaşayırlar, şəhərlərdə onlar ənənəvi qida mənbələrindən uzaqlaşırlar və sənaye məhsullarından asılı olurlar. Modernləşmə az əhalisi və ehtiyatları olan ölkələri ixrac edilmiş, bəzən həddən artıq emal olunmuş qidadan asılı edir. Qərb yeməyi hər yeri basır və insanların çoxu bununla bacarmaq üçün genetik baxımdan hazır deyillər».

Köklük və piylənmə ürək-damar, insult, ikinci dərəcəli diabet və başqa xroniki xəstəliklərin inkişafı riskinin əsas faktorlarından biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ürək xəstəliklərindən hər il 17 milyondan çox insan vəfat edir.

BƏZİ ÖLKƏLƏRİN REYTİNQİ

1

Nauru

94.5%

9

Birləşmiş Ştatlar

74.1%

21

Avstraliya

67.4%

22

Belarus

66.8%

28

Böyük BRitaniya

63.8%

29

Səudiyyə Ərəbistanı

63.5%

35

Kanada

61.1%

43

Almaniya

60.1%

52

Avstriya

57.1%

53

Azərbaycan

57.1%

54

Türkiyə

56.8%

74

Ermənistan

53.3%

77

İran

53.2%

79

Litva

53.1%

88

Braziliya

50.5%

92

Rusiya Federasiyası

49.1%

99

Latviya

47.3%

102

Türkmənistan

46.8%

107

Özbəkistan

46.0%

113

Gürcüstan

44.8%

114

Ukrayna

44.8%

122

Estoniya

42.2%

125

Qazaxıstan

41.4%

126

Moldova

41.1%

128

Fransa

40.1%

133

Qırğızıstan

39.2%

137

Tacikistan

37.3%

148

Çin

28.9%

163

Yaponiya

22.6%

176

Hindistan

16.0%

194

Eritreya

4.4%




Mənbə: Azadlıq radiosu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 674 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 4)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər