Kişilərin seks etirafları
17.02.2007 Yazını böyüt :
Tamamilə fərqli vəzifə statuslarına və yaş qruplarına aid olan 20 kişi Marie Claire jurnalının fevral nömrəsi üçün hazırladığı seks anketində iştirak ediblər. Keçmiş cinsi həyatlarını və seksual qadın təsəvvürləri haqda danışan kişilər fantaziyalarını, seçimlərini, və yaxın münasibətlərə baxışlarını da səmimi bir dillə etiraf ediblər.
Aralarında müəllim, dizayner, mühəndis, tələbə, iş adamı kimi fərqli vəzifə sahibləri olan kişilər Marie Claire jurnalının 20 sualına cavab veriblər. Budur, bu sullardan ən maraqlılarına verilmiş ən maraqlı cavablar...
Həftədə neçə dəfə sekslə məşğul olursunuz sualına kişilər adətən 2 dəfə cavabını veriblər. Anketdə iştirak edən 24 yaşındakı gənc tələbə isə yorulmaz olduğunu isbat etməyə çalışaraq 5 dəfə cavabını verib. Və sözlərinə 20 dəfə olmasını istərdim şəklində tamamlayıb. Mən seksdən doymuram deyə o bildirib. 34 yaşındakı bir layihə genişləndirmə mütəxəssisinin cavabi isə ən maraqlı olub - "Bəzən gündə 2 dəfə. Bəzənsə heç yox. Ama olmayan günlərdə yata bilmirəm... "
Əlaqədə rolunuz sualına da cavablar maraqlı olub. Bir çox kişinin bu suala cavabı yerinə görə dəyişir olub. 45 yaşındakı mühəndisin cavabı xeyli maraqlıdı " Qadınların güclü və sərt kişilərdən xoşları gəlir. Buna görə də seks vaxtı aparıcı rolda kişilərin olmasını istəyirlər".
İndiyə qədərə neçə qadınla birlikdə olmusunuz sualına kişilərin çoxu cavab verməkdən çəkinib. Onlar bunu saymanın ən azı psixoloji narahatçılığa səbəb ola biləcəyini fikirləşiblər. Lakin 29 yaşındakı marka müdiri bu rəqəmin 60-70 olduğunu ifadə edib. 28 yaşlı jurnalıst isə həmişə uzun müddətli əlaqələr yaşadığını deyərək həyatında 10-a yaxın qadınla əlaqəyə girdiyini deyib.
Ən maraqlı suallardan biri
partnyorunuzun orqazma çatması üçün nəsə xüsusi bir üsulunuz varmı olub. Doğurdan da maraqlıdı... Kişilərin çoxu partnyorunun orqazma çatması üçün nə lazımdısa etməyə hazır olduğunu bildirib. Lakin bunun üçün xüsusi üsul kəşf edən 30 yaşındakı reklam dizayneri
"sevgilim həmin anda sərt hərəkət etməyimi xoşlayır" deyib.
Yazdı: Babək
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

