Aygünlə Röya barışmayıblar

20.02.2007 Yazını böyüt :       

Nailə Mirməmmədli:«Onlar xatadırlar, mən heç nə demirəm»

Xazar NameMətbuat səhifələrində Aygün Kazımova ilə küsülü həmkarı Röyanın barışdığı barədə xəbər dolaşır. Day.az internet saytına istinadən verilən məlumatda deyilir ki, Kamran Həsənlinin «Bizim saat» verilişindən sonra bəstəkar cütlüyü  Nailə və Hikmət Mirməmmədlilər hər iki müğənnini barışdırmaq qərarına gəliblər. Bu məqsədlə də onları evlərinə dəvət ediblər. Bəstəkarların sözünü yerə salmayan Aygün və Röya barışıblar, hətta öpüşüb, qucaqlaşıblar da.

Jurnalistin «bəs nə üçün bu xəbər mətbuata çıxmayıb?» sualına H.Mirməmmədlinin cavabı belə olub: «İnsanları daha çox qalmaqal maraqlandırır, barışıq yox».

Bilmirik, nəyə əsasən bəstəkar belə düşünür, amma bu mövzunu dəfələrlə qəzetimizdə işıqlandırdığımız üçün deyə bilərik ki, bizi estrada səhnəsinin iki tanınmış müğənnisinin küsülü olması heç də sevindirmir. Əksinə, əgər xəbər alsaydıq ki, onlar barışıblar, bunu o dəqiqə qəzetimizdə işıqlandırardıq. Təəssüf ki, nə Aygün, nə də Röyanın dilindən barışıq barədə bir kəlmə də olsun, eşitməmişik.

Maraqlıdır, görəsən, onlar niyə bu xəbəri gizlədiblər? Sualımızı öncə Aygün Kazımovaya ünvanladıq. Müğənninin prodüsseri Hicran xanım bu xəbəri ilk dəfə bizdən eşitdiyini dedi: «Heç bir barışıq olmayıb. Ümumiyyətlə, Aygün xanım Mirməmmədlilərin evinə getməyib. Onun Röya ilə görüşü olmayıb ki, barışıq haqda da danışsınlar».

Röyanın prodüsseri Tolik isə Mirməmmədlilərin evində Aygün Kazımova ilə görüşdüklərini etiraf etdi: «Əslində, Nailə xanımgilə gedəndə Aygün Kazımovanın da orada evdə olduğunu bilmirdik. Amma barışıq baş tutmadı. Çünki Aygün dedi ki, Röya ondan üzr istəsin. Təbii ki, Röya da ondan üzr istəmədi. Axı nəyə görə üzr istəməlidir ki? Aygün Kazımova Şövkət Ələkbərovanın vəkilidir bəyəm, onu müdafiə edir? Heç bir barışıq olmayıb».

Çox maraqlıdır. Bəstəkarlar deyir barışıq olub, Aygün deyir, ümumiyyətlə, onların evinə getməyib, Röya isə deyir, barışmayıblar. İndi kimə inanasan? Sualımıza dəqiq cavab almaq üçün hadisənin təşəbbüskarları və şahidləri Mirməmmədlilərlə əlaqə saxladıq. Lakin Nailə xanım sualımızı çox aqressiv qarşıladı. İki müğənninin barışıb-barışmadığının bizə nə dəxli olduğunu soruşdu. Biz də ona bildirdik ki, bu məsələnin bizə yox, ona aidiyyatı var. Çünki barışıq xəbəri ilk dəfə məhz onların dilindən çıxıb. Nailə xanımsa heç nə demək istəmədiyini söylədi: «Onların hər ikisi xatadırlar. Ona görə də mən bu məsələ ilə bağlı bir söz demək istəmirəm. Susmağı üstün tuturam».

P.S. Daha deməyə bir sözümüz qalmadı…





Mənbə: Gündəlik Azərbaycan qəzeti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 805 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 8)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər