Seks mədəniyyətinin qız uşaqlarına təsiri
24.02.2007 Yazını böyüt :
ABŞ-da aparılan bir tədqiqat seks mədəniyyətinin qız uşaqlarına nə dərəcədə mənfi təsir etdiyini üzə çıxardı.
Amerika Psixologiya Dərnəyinin məlumatına görə mediada qızların cinsi obyekt halına çevrilməsi, böyüməkdə olan qızlarda özünə hörmətin itməsi, iştahın kəsilməsi və depressiya ilə nəticələnir.
Hesabatda bundan əlavə seks paltarlarının satışda çox olması, 4 yaşındakı qız üçün istehsal edilən oyuncaq uşaqların da buna səbəb ola biləcəyi bildirilir.
Amerika Psixologiya Dərnəyinin əsasən TV-də yayımlanan kliplərdə, video oyunlarda yaradılan qadın və qız imicləri qız uşaqlarına çox pis təsir edir.
Buna göstərilən bəzi misallar isə doğurdan da diqqət çəkir. Televiziya kanallarına yayımlanan pop musiqi kliplərində müğənnilərin və rəqqasələrin açıq-saçıq geyimləri, kiçik qızar üçün istehsal olunan oyuncaqlara seksual motivlər daşıyan paltarların geydirilməsi, hətta 7 yaşlı qızlar üçün g string alt paltarlarının istehsal olunması...
İngiltərədəki Leeds Universitetinin professorlarından olan Andrew Hill də bunu pisləyir –
“Gənclərə istiqamətlənmiş jurnallara diqqət edin. Hamısında yalnız bir mövzu var, o da seks. Belə düşünmək olar ki cəmiyyət müəyyən mənada idarə altında saxlanılır“
Yazdı: Babək
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

