Kamran Həsənli «Kontrakt»dan uzaqlaşdırılıb

2.03.2007 Yazını böyüt :       

Verilişə Rəfael İsgəndərov aparıcılıq edəcək

 

Xaza NameElşad Xosenin saç-saqqalını qırxdıran, Manananı azərbaycanlı edən «Kontrakt»ın növbəti hədəfi Rəqsanədir. Son zamanlar başı qalmaqallardan açılmayan, borc içində üzən müğənni artıq müqaviləyə qol atıb. Əgər tamaşaçıların Rəqsanəni təbii, yəni ənlik-kirşansız görmək istəkləri çoxluq təşkil etsə, gələn həftədən etibarən müğənni səhnəyə makiyajsız çıxacaq.

Yeri gəlmişkən, həmişə olduğu kimi, «Kontrakt»ın bu dəfəki aparıcısı Kamran Həsənli deyildi. Adəti üzrə müqaviləni o, bağlamadı. Əvəzində verilişi tanınmış aktyor və parodiyaçı Rəfael İsgəndərov idarə edirdi. Özü də tamam başqa bir ab-hava ilə. Yəni Kamrandan fərqli olaraq, Rəfael verilişi daha çox yumoristik yönə istiqamətləndirmişdi. Həm də hiss olunurdu ki, efirə hazırlıqsız çıxmışdı.

Maraqlandıq, görək, hələ anonsları ötən il «Space» kanalında izlədiyimiz, özünə isə ATV-də baxdığımız «Kontrakt»ın aparıcısının başına nə iş gəlib? Kamran Həsənli layihədən niyə uzaqlaşıb?

Öncə bu sualla Rəfael İsgəndərova müraciət etdik. O, bizimlə söhbətində Kamran Həsənlini layihə rəhbərinin verilişdən uzaqlaşdırdığını, amma bunun səbəbini bilmədiyini dedi: «Kamran Həsənli verilişdən uzaqlaşdırıldıqdan sonra aparıcılıq missiyasını yerinə yetirmək mənə həvalə olundu. Əslində, hələ «Kontrakt» efirə çıxmamışdan öncə verilişi aparmaq mənə təklif olunmuşdu, amma müəyyən səbəblərdən imtina etməli oldum. Bundan sonra «Kontrakt»ı mənim təqdimatımda seyr edəcəksiniz».

Görəsən, Rəfael Kamranla münasibətinin pozulmasından ehtiyat etmir? Axı «vəzifə»sini icra etdiyi üçün Kamran ondan küsə bilər. Halbuki, R.İsgəndərov bizimlə razılaşmadı: «Kamran niyə məndən küsməlidir ki? Məgər onu layihədən mən uzaqlaşdırmışam ki? Mənə sadəcə bir təklif olunub, maraqlı olduğu üçün qəbul eləmişəm».

Məsələni aydınlaşdırmaq məqsədi ilə Kamran Həsənli ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Onun prodüsseri şoumenin istirahət etdiyini söylədi…

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Kamran Həsənli ilə layihə rəhbəri arasında münaqişə baş verib. Nəticədə canlı yayıma bir neçə saat qalmış K.Həsənli verilişə aparıcılıq etməkdən imtina edib. Çarəsiz qalan layihə rəhbərliyi qaçaraq Rəfaelə müraciət edib.

P.S. Kamran Həsənlinin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

 

Yazdı: Ülviyyə SABİRQIZI (Gündəlik Azərbaycan qəzeti)


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 477 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 1)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər