23 nömrənin sirri

4.03.2007 Yazını böyüt :       

alt

23 rəqəminin özü üçün qəribə və sirli olduğunu inandırmağa çalışan Walter Sparrow bir vaxtlar ideal olan həyatını cəhənnəmə çevirir. Özdə bu həyatda o hətda sevdiklərinin ölümünə də səbəb ola bilər. O oxuduğu və əlindən yerə qoymadığı 23 nömrə adlı sirli bir romanın təsiriylə həyat yoldaşı Agatha və gənc oğlu Robinin də köməyi ilə gələcək həyatına davam edə bilmək üçün keçmişindəki bəzi sirləri aydınlaşdırmalıdır.

Kitab ona Agatha tərəfindən ad günü hədiyyəsi olaraq verilmişdir. Kitabda isə sirli və qorxulu bir cinayət haqqında danışılır. Qəribəsi isə budur ki kitabın hekayəsi Walterin həyatına çox uyğun gəlir. Kitabdakı əsas xarakter olan dedektiv Fingerlingin həyatı Walterin öz keçmişini xatırladır. Kitabın dünyası canlanmağa başladıqca Walter onun ən qorxulu hissəsinə özünü aludə edir..Əsas qəhrəman da 23 nömrəsinin nəsə xüsusi bir rəqəm olduğuna inanır.

Artıq Walter özünü kitaba o qədər aludə edir ki sanki 23 rəqəmi onun həyatını idarə etməyə başlayır. Artıq hər yerdə bu rəqəmi görür. Bütün bunların təsirilə inanmağa başlayır ki o da Fingerlingin işlədiyi qorxunc cinayəti etməyə məhkum olunub. Kabus kimi gördüyü xəyallar onun ağlını hər yerdə məşğul edir. Gördüyü bu xəyallarda isə həyat yoldaşı və ailəvi dostu Isaac Frenchin başlarına dəhşətli işlər gəlməkdədir. Bu vəziyyətdə isə Walterə kitabın sirrini açmaq cəhdindən başqa heç bir yol görünmür...

Filmdə Walter rolunu məşhur aktyor Jim Carrey canlandırır. 95 dəqiqə davam edən film artıq mart ayının 2-də kinoteatrlarda kütləvi baxış üçün filmsevərlərin ixtiyarına verilib



Yazdı: Babək

bceferov@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 630 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 7)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər