Ilk görüşə necə getməli?

7.03.2007 Yazını böyüt :       
alt

Artıq uzun müddətdir ki birini sevirsiz. Və o sizə özünüzü sübut etmək, onun xoşuna gələ bilmək üçün bir şans verib və sizinlə görüşü qəbul edib. Bu görüşü uzun müddətdi ki gözləyirsiniz, hər şeyin qüsursuz olmasını istəyirsiz, özünüzü necə aparmaq, onun xoşuna necə gəlmək haqda fikirləşirsiz.. Budur, sizə ilk görüşdə çox kömək edə biləcək bir neçə məsləhətimiz var.

Heç vaxt gecikməyin

Bunu heç ağlınıza belə gətirməyin. O sizə bir şans verib və siz ilk görüşdə geciksəniz onda sizə qarşı məsuliyyətsiz biri olduğunuz haqda fikir yarana bilər. Yaxşı olar ki görüş yerinə hətda bir az tez getməyi nəzərə alasınız. Evdən çıxanda yolda nələrin baş verə biləcəyini də heç kim bilmir. Tez çıxın ki baş verə biləcək vaxt itkisinə hazırlıqlı ola biləsiz.

Sadə, ama cazibədar geyinin

İlk görüş üçün hamı paltar seçimidə əziyyət çəkir. Bu təbii haldır. Lakin paltar seçimini çalışın ki düzgün edəsiz. Sadə geyimlərə üstünlük verin. Düzdü, paltarlara diqqət etmək lazımdı ama ifratçılıq etməyin. Yadınızda saxlayın, sadə olmaq paltarla gözə girməkdən yaxşı təəssurat yaradır.

Özünüz olun

İlk görüşdə ediləsi ən böyük səhv özünüz kimi davranmamaqdı. Məsələn, özünü hər şeydən məlumatı varmış kimi göstərmək. Onu maraqlandıran mövzulardan danışın.

Gediləcək yeri əvvəldən seçin

İlk görüşdə çalşın ki heç də romantik və sakit yerlər seçməyəsiz. Əksinə, kinoya getmək, və ya sakit bir kafedə oturub söhbət etmək daha maraqlı olar. Söhbət qurtaranda yeni mövzu tapmaq üçün çox əziyyət çəkəsi olmayacaqsınız.

Özünüzdən çox danışmayın

Əgər hər cümləni özünüzə aid qurmayın. Çalışın ki o özü haqda sizə daha çox danışsın. İlk görüşdən onda özünüzə qarşı maraqsız fikirli bir adam imici yaratmayın. Hər cümlənin sonunu özünüzə tuş gətirsəz bu heç də onda gözəl təəssurat yaratmayacaq.

Problemlərinizdən danışmayın

Bunu ağlınıza belə gətirməyin. İlk görüşdə, söhbətin ortasında, mövzu fırlanıb problemlərə çıxanda “ağlaşma qurmaq” heç məsləhət deyil...

Telefona diqqət

Görüşdüyünüz insanın yanında davamlı olaraq telefonla danışmaq və ya yazışmaq ən azından mədəniyyətsizlikdi. Həm telefon hamıda var, vacib lazım olmadığı vaxt ərzində onu çıxardıb göstərməyə dəyməz.



Yazdı: Babək

bceferov@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 1321 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 47)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər