"HƏDƏF"də ADAM OĞURLUĞU

8.03.2007 Yazını böyüt :       
"Hədəf" realiti-şounun final mərhələsinin qaranlıq məqamları ilə bağlı ötən gün mətbuat konfransı keçirən tədbir təşkilatçıları böyük bir qalmaqalın təməlini qoydular.
Xazar Name  Əslində, soyuq küləklər iştirakçılarla təşkilatçılar arasında çoxdan əsirdi. Amma "Sineforse" şirkətinin ilk layihəsi olan "Hədəf"i ərsəyə gətirən Laçın Allahverdiyev və Rövşən Şükürzadənin fikirlərinin üst-üstə düşməməsi iştirakçıların qəzəbini daha da şiddətləndirdi.
Realiti-şounun final mərhələsinin baş tutmamasının səbəblərini açıqlayan Laçın Allahverdiyev fikrini adam oğurluğu faktı üzərində köklədi:
"Hədəf"in finalına iki iştirakçı - Sərxan Məmmədov və Ziya Mirzəyev qalmışdı. Sonuncu efir günü elan etdik ki, bir həftəlik fasilədən sonra final gecəsi ATV studiyasında həllini tapacaq. Texniki heyətlə bütün avadanlıqları toplayıb Bakıya gəldik. Efirə iki gün qalmış böyük maneələrlə üzləşdik. Xəbər gəldi ki, bizim iki texniki işçimiz və təşkilatçı Rövşən Şükürzadə qaçırılıb. Həmin hadisə zamanı "Hədəf"ə məxsus olan bütün texniki avadanlıqlar da həmin şəxslərlə birlikdə naməlum şəxslər tərəfindən oğurlanmışdı. Məcburiyyət qarşısında qalıb, efiri dayandırmalı olduq".
Tədbirdə oğurlanmış şəxs qismində iştirak edən Anar Quliyev bildirdi ki, final gecəsinə bir neçə gün qalmış onlar Rövşən Şükürzadənin təkidi ilə bütün texniki avadanlıqları maşına yükləyib üz tutublar Oğuz rayonuna:
"Yolda qarşımızı kəsən "Kamaz" markalı maşının sürücüsü və içəridə olan şəxslər bizə hədə-qorxu gəldilər. Onlar təcili olaraq avadanlıqları "Kamaz"a yükləməyimizi tələb etdilər və mobil telefonlarımızı əlimizdən aldılar. Onların kimliyini öyrənməyimizə imkan vermədən bizi avadanlıqlarla birgə geriyə, Bakıya doğru gətirdilər. Bura çatanda biz azad olduq, avadanlıqları isə özləri ilə apardılar".
L.Allahverdiyevin iddiasına görə, qarət olunmuş avadanlıqlar çox baha qiymətə satılıb: "Hadisədən dərhal sonra MTN-ə ərizə ilə müraciət etmişəm. İki ay davam edən istintaqdan sonra iş prokurorluğa verilib və yenidən MTN-ə qaytarılıb". İstintaq sirri olduğu üçün bəzi faktları gizli saxlamaq məcburiyyətində qalan L.Allahverdiyev yaxın bir həftə ərzində bunlar barədə mətbuat işçilərini agah edəcəyini söylədi.
"Hədəf"in tədbirdə olan iştirakçıları onlara edilən mənəvi və maddi təzyiqlərə görə təşkilatçıları ittiham etdilər. Finala yaxınlaşan üç iştirakçının hər biri ailəsi tərəfindən onlara 6000 dollarlıq SMS-lərin göndərildiyini bildirdi. Rövşən Şükürzadə isə "Azersell"də çox az səsin toplandığını dedi.
Buradan belə bir fikir ortaya çıxır ki, nə təşkilat komitəsi, nə də iştirakçıların layihə ilə bağlı heç bir müqavilələri olmayıb. Layihə öncəsi layihənin rejissoru Xanlar Ağayevin iştirakçılardan şəxsiyyət vəsiqəsi istəyərək, onları sığortalayacağı barədə vədi də havada qalıb. Finala qalan iki iştirakçının sözlərinə görə, həmin ərəfədə Rövşən Şükürzadə onların qarşısında belə bir şərt qoyub: "Əgər, 14 min dollarlıq səs toplanmasa, final baş tutmayacaq". Bunu nəzərə alan iştirakçıların ailəsi onlara 5000 və 6500 dollarlıq SMS-lər göndərib.
Tədbirdən bir az sonra mətbuat konfransına qatılaraq ən son sıralarda əyləşən Rövşən Şükürzadə Laçın Allahverdiyevin "Gəl bizimlə otur" təklifinə məhəl qoymadan sözünə başladı: "SMS-lər çox az toplandığı üçün finalın baş tutmayacağı hamımıza bəlli idi. Mən bunu sübut edə bilərəm. Bir az əvvəl "Azərsell"in nümayəndəsi ilə əlaqə yaratmışam. O göndərilən səsləri sübut edən sənədi mənə təqdim edəcək. Amma indi yox, bir neçə saat sonra".
Elə bu vaxt iştirakçıların tələbləri daha kəskin oldu. Vüqar adlı iştirakçının dediyinə görə, onlar hərbi layihəyə cəlb olunsalar da, sonradan qarşılarında bəzi şərtlər qoyublar:
"Rejissor Xanlar Ağayev mənə dedi ki, şou xarakterli çıxışlar göstərin, mübahisələr yaradın. Yoxsa, tamaşaçı qıtlığı yaranacaq. 60 günə yaxın davam edən layihə çərçivəsində biz çox problemlərlə üzləşdik. Soyuq ərazidə, vəhşi heyvanların əhatəsində qalırdıq. Axşamlar dişimizi sıxıb yatırdıq. Gündüzlər isə qarın üstündə çox çətin yarışlarda iştirak edirdik. Buna baxmayaraq, sözü bir yerə qoyub axıra qədər dözdük. Layihə başa çatandan sonra iştirakçılardan birinin böyrəyi xəstələndi. İki iştirakçı işinə bərpa oluna bilmədi. Üstəlik, ailələrimiz böyük məbləğdə ziyana düşdülər".
Bu arada söhbətə müdaxilə edən Ziya Mirzəyevin dayısı bunları söylədi: "Pul yeyintisi üç nəfərin arasında olub. Bizə vurulan maddi və mənəvi ziyana görə şikayət etmişəm. Hazırda iş prokurorluqdadır".
Söhbətin əvvəlində bəzi faktların üzərindən keçən Laçın Allahverdiyev sonda bunları da açıqladı: "Əslində adam oğurluğu faktı "Kurort" Səhmdar Cəmiyyətinin sədri Akif Məmmədov tərəfindən edilib. Qarət edilmiş avadanlıqlar isə Rövşən Şükürzadənin dostu Fuad Ağayev tərəfindən 70 min dollara satılıb".
Tədbirdə iştirak edən ATV telekanalının nümayəndəsi İkram Əliyev məsələyə bu cür münasibət bildirdi: "Biz onlara sadəcə efir imkanı vermişik. Baş vermiş olaya biz cavabdeh deyilik".
Laçın Allahverdiyev gələn həftə daha bir mətbuat konfransı keçirərək məsələyə yenidən qayıdacağını açıqladı. Eyni zamanda bildirdi ki, layihədə nəzərdə tutulan 50 min manat gec-tez öz sahibinə çatacaq.

Mənbə: AYNA

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 553 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 2)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər