«Heç bir azərbaycanlı müğənni məndən mahnı istəməyib»

13.03.2007 Yazını böyüt :       

Sərdar Ortac 7 ildən sonra Bakıda konsert verdi

X newsQonaqlı-qaralı Bakımızın növbəti müsafirləri Türkiyədən oldu. Martın 8-də Ebru Yaşar və Tuğba Ekinçi, 11-də isə Sərdar Ortac şəhərimizə təşrif buyurdular.

Qeyd edək ki, sonuncunun Azərbaycana səfəri hələ ötən il üçün gözlənilsə də, naməlum səbəblərdən konserti təxirə düşmüşdü. Odur ki, Heydər Əliyev adına Hava Limanında Sərdar Ortaca ünvanlanan ilk sual da elə bununla bağlı oldu. Türk sənətçisi Bakı tamaşaçılarını intizarda saxlamasına heç özü də tutarlı səbəb tapa bilmədi: «Bu işlə prodüsserlərim məşğul olur. Sərfəli təklif aldım və Bakıya gəldim. Sonuncu dəfə Azərbaycanda düz 7 il bundan əvvəl olmuşam. Sizləri  çox özləmişdim. Çalışacağam ki, konsertdə bütün heyranlarımı razı salım».

Hazırda yerli telekanalda izlədiyimiz «Aşka sürgün» serialında baş qəhrəman obrazını yaradan Mahsun Kırmızıgül təzə klipini Bakıda çəkdirmişdi. Çəkiliş qrupunu Türkiyədən gətirsə də, tərəf-müqabili bizimki idi. Mahsundan sonra belə bir həvəsə Rafet El Roman düşdü və növbəti səfərində mütləq burada klip çəkdirəcəyinə söz verdi. Odur ki, maraqlandıq, görək, Sərdar Ortac sevilən mahnılarından birini vətənimizdə ekranlaşdırmaq istəmir ki? Bəstəkar-müğənni «ola bilər» dedi: «Kliplərimin əksəriyyətini İstanbulda ekranlaşdırmışam. Bakı mənim üçün yenidir, şəhərinizin gözəl məkanlarını klipə köçürə bilərəm».

Bütün mahnılarını özü yazan Sərdar Ortacın bəstəkarlıq fəaliyyəti ölkəsində yüksək qiymətləndirilir. Hətta tanınmış türk sənətçiləri ondan mahnı da istəyirlər. Elə onun mahnısını ifa etmək eşqinə düşən Rəqsanə də Türkiyəyə səfər edib, müğənninin prodüsserləri ilə danışıqlar aparmışdı. Nəticədə bir mahnı üçün ondan 60 min dollar qonorar tələb olunmuşdu. Bunun kifayət qədər yüksək miqdar olduğunu göz önünə gətirən Rəqsanə istəyini reallaşdırmağa tələsməmişdi. Bu məsələnin nə ilə nəticələndiyini elə Sərdarın özündən soruşduq. Amma o, sualımızı təəccüblə qarşıladı: «Heç bir azərbaycanlı müğənni məndən mahnı istəməyib. İstəsəydi, razılığa gələrdik». Sərdar Ortac bir mahnısını 30 min dollara dəyərləndirdiyini də gizlətmədi.

Azərbaycan musiqisi haqda məlumatı olduğunu deyən S.Ortac bizim müğənnilərin ifalarını internet vasitəsilə dinləyir. Hətta «Maşın» realiti-şousunun qonağı olan zaman Xumar Qədimovanın repertuarını sevdiyi də hiss olundu. Belə ki, ondan «Aman ayrılıq» və «Döz» mahnılarını oxumasını istədi. Təbii ki, Xumar da onun sözünü yerə salmayıb, elə bir əli maşının üzərində, musiqisiz ifa eləməyə başladı. Amma bütün bunlar konsertdən sonra baş verdi. Bəs H.Əliyev adına sarayda keçirilən «Dansöz» adlı konsertdə nələr yaşandı?

Öncə ondan başlayaq ki, səhnədə Sərdar Ortacı Türkiyədən gəlmiş 35 nəfərlik musiqiçi heyəti müşayiət edirdi. Onların arasında 3 bek-vokalçı və 3 rəqqasə də vardı. Səhnə dekorasiyası çox sadə qurulmuşdu, əsas diqqəti çəkən məqam işıq effektləri idi. «Dansöz», «Gitmə», «Məsafə», «Sor», «Yürək haini», «Gecələrin adamı» və sair hitlərini canlı ifa edən, eyni zamanda, dayanmadan rəqs edən Sərdar Ortac tamaşaçılarla ünsiyyət qurmağı da unutmurdu. Amma coşğun qız pərəstişkarları ilə xüsusi ehtiyatla davranırdı, görünür, ondan öncə Bakıda konsert verən həmkarlarının başına gələn olaylardan artıq xəbərdar idi. Odur ki, zalı əhatə edən cangüdənlər fanatları səhnəyə buraxmırdılar, onlar müğənniyə çiçək dəstələrini yalnız səhnənin aşağısından təqdim edə bilirdilər. Sənətçi yalnız bəyəndiyi uşaqları səhnəyə çıxarıb, onları bir ağız oxudurdu.

Konsert boyu seyrçilərlə söhbət edən 37 yaşlı müğənni hələ də subay olduğunu dedi: «Anam deyir, bir qız bul, evlən. Neyləyim ki, sevdiyim insan yoxdur. Nə bilmək olar, bəlkə elə Azərbaycandan bir qıza aşiq oldum?» Bu kəlmələrdən sonra Sərdar növbəti mahnısını sevgi oxu daşa dəyənlərə həsr etdi, dedi ki, ən çox kimin qəlbi acıyırsa, onda «Ayrılıq insanlar üçün»»ü dinləsin.

Beləliklə, səhnədə əsl peşəkarlıq və səmimiyyət nümayiş etdirən Sərdar Ortac tamaşaçıları razı sala bildi, elə özü də vətəninə narazı qayıtmadı.

 

Yazdı: Ülviyyə SABİRQIZI (Gündəlik Azərbaycan qəzeti)


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 598 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 3)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər