Stres xəritəsi
18.03.2007 Yazını böyüt :
Həyatımızda bəzi şərtlər ağırlaşanda özümüzü gərgin hiss etməyimizə səbəb olan, ürəyimizin vuruş ritmini yüksəldən bir hissə stres deyirik. Hər insanın həyatında stres qaçınılmazdır. Hətta xeyirlidir də. Daha sonrakı vaxtlrada daha həvəslə həyata davam edə bilmək üçün.. Ama stres insanı tamamilə ələ aldıqda bəzi yaxşı olmayan fəsadlar da törədə bilər.
İş həyatı, imtahanlar, yolunda getməyən yaxım munasibətlər.. Alimlər stres yaradan vəziyyətləri dəyişdirmək mümkün olmasa da stres zamanı heç olmasa qarşısını alma yollarını hər insana fərdi şəkildə məsləhət görürlər. Çünki stres insanı tamamilə ələ aldıqda doğurdan da bədəndəki ayrı-ayrı sistemlərdə ciddi problemlərə səbəb ola bilər.
Sinir sistemi –
Stres başladıqda birdən-birə insan bədəninin bütün enerji mənbələri bu problemə qarşı muhafizəyə yönəlir. Qaç ya da savaş əmri işləməyə başlayır. Simpatik sinir sistemi adrenalin və kortizol hormonları yayır. Bu hormonlar isə ürək döyüntülərini artırır. Həzm sisteminin işini dəyişdirir, qandakı qlükoza səviyyəsi yüksəlir.
Əzələ və skelet sistemi –
Stres içərisində olanda əzələ sistemi gərgin vəziyyətdə olur. Əzələlərin periodik olaraq dartılması skelet və əzələ sisteminə təsir edərək baş ağrısı yaradır.
Tənəffüs sistemi –
Stres altında insan normal vəziyyətə nisbətən daha tez-tez nəfəs alır. Bu da heç nədən insanda panika təşvişi yaradır.
Həzm sistemi –
İnsan stresdə olanda normadan artıq və ya az qidalanmağa başlayıt. İştahsızlıq yarana bilər. Qidalanmanın düzgün olmaması bəzi mədə xəstəliklərinin yaranmasına səbəb olur.
Nəsil arırma sistemi –
Kişilərdə stresin təsiri altında olarkən yaranan kortizol nəsil artırma funksiyalarının pozulmasına səbəb ola bilər. Xroniki stres isə testesteron hormonunun yaranmasına səbəb olaraq sperm yaranması funksiyasına təsir edir. Qadınlarda isə bu adət vaxtlarında ağır sancılara səbəb olur.
Yazdı: Babək
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

