2020-ci ildə intim həyat necə olacaq?
20.03.2007 Yazını böyüt :
Gündən günə inkişaf edən və həyatın hər nöqtəsinə təsirini göstərən texnologiya yataq otağına da ətraflı şəkildə təsir edəcək. Alman sosioloq Klaus Fieseler özünün seks haqqında yazdığı son kitabında inanılması doğurdan da çətin olan bəzi proqnozlar verib. Özü də bunu tək etmiyib. O kitabı yazarkən bir sıra məşhur seksoloq və psixoloqların fikirlərini dinləyib.
Məhz fikir və söhbətlərə əsaslanan Fieseler 2020-ci ilin intim həyatına dair maraqlı fərziyələr irəli sürüb.
Bu fərziyələrinsə ən maraqlısı istəyən hər kəsin ikinci cinsi orqana sahib ola biləcəyidi. Bu günün orqan nəqli əməliyyatları kimi pulu olan hər kəs bu əməliyyatdan keçə biləcək. Ama maraqlıdı, görəsən kimlərə bir orqan bəs etməyəcək?
Fieserin kitabına görə virtual seks imkanları da heç xəyal etmədiyimiz şəkildə inkişaf edəcək. Komputerlərlə virtual aləmdə seks gerçəyindən çox da fərqlənməyəcək.
Kitabdakı ən maraqlı fərziyə isə orgazm çiplərilə bağlıdı. O iddia edir ki insanlar artıq beyinə yerləşdiriləcək bu çiplər sonsuz ehtiras istəyən hər kəsi arzusuna çatdıracaq.
Yazdı: Babək
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

