Mustafa Sandal Bakıda klip çəkdirəcək

27.03.2007 Yazını böyüt :       

Türk müğənnisi stadionda oxudu

Xazar NameÖtən il yayda Azərbaycana təşrif buyuran tanınmış türk müğənnisi Mustafa Sandal yenidən yolunu ölkəmizdən saldı. O, bazar günü T.Bəhramov adına Respublika Stadionunda keçirilən konsertdə bir neçə mahnı ifa etdi.

Hit bəstələri ilə Bakı tamaşaçılarını ələ almağa çalışan Mustafa Sandal, nədənsə, konsertdən sonra medianın suallarını cavablandırmaqdan boyun qaçırdı. Bəlkə də türk sənətçisini yoran həmin gün havanın küləkli və soyuq olması idi, bunu dəqiq deyə bilmərik. Əsas odur ki, təkcə Türkiyədə deyil, Fransa, İtaliya və Almaniyada da Mustik kimi tanınan müğənninin konsert təəssüratlarını öyrənə bilmədik.

Yaxşı ki, heç olmasa, Binə Hava Limanında təyyarədən enən zaman Mustafa Sandaldan bir neçə cümlə qopartmaq mümkün oldu. Azərbaycanı çox sevdiyini deyən sənətçi «hər dəfə bura gələndə çox mutlu oluram. Çünki insanlarınız mehriban, gülərüzdürlər» dedi. Əlavə etdi ki, əgər daha bir təklif alarsa, böyük məmnuniyyətlə yenidən bura gəlib, geniş repertuarla çıxış edər.

Son zamanlar Bakıda klip çəkdirmək sevdasına düşən türk müğənnilərinin sayı artmaqdadır. Elə Mustafa Sandal da bununla bağlı sualı maraqlı qarşıladı. Dedi ki, Bakıda klip çəkdirmək barədə düşünür. Hansı mahnıya? Hələ ki, bunu müəyyənləşdirməyib. Şəxsi həyatına gəlincə, Mustafa Sandal evlənəcəyi ilə bağlı yayılan xəbərin həqiqətə uyğun olmadığını dilə gətirdi: «Hazırda belə bir planım yoxdur. İndi bütün işimi yeni albom üzərində çalışmalara yönəltmişəm. Ailə qurmaq sonrakı məsələdir».


Mənbə: Gündəlik Azərbaycan

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 531 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 2)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər