AQİLİN "AKADEMİYA"sı BAĞLANDI
3.04.2007 Yazını böyüt :
Aqil M.Quliyevin hansısa iş adamlarından biri ilə müştərək yaratdığı "Academiya rroduction" fəaliyyətini dayandırdı. Rejissora yaxın olan mənbənin məlumatına görə, şirkət rəhbərlərinin fikirlərinin üst-üstə düşməməsi şirkətin fəaliyyətinə son qoymasına gətirib çıxarıb.
Lakin Aqil başqa səbəblər gətirərək başqa şirkətə rəhbərlik edəcəyini söyləyir. "Aqil M.Quliyev Film" adlanan şirkət rejissorun "Volvo" avtoşirkəti ilə müqaviləsi əsasında yaradılıb. Aqilin bu şirkəti də müştərək idarə edəcəyi bildirilir.
Rejissordan fəaliyyəti dayandırılan şirkət barədə öyrəndiklərimiz isə bu oldu:
"Gələcəkdə ciddi mübahisələrin yaranmaması naminə şirkəti bağladıq. "Akademiya"da müştərək çalışdığım insanla müəyyən fikir ayrılığı yaranmışdı, amma məsələni məhkəmə səviyyəsinə gətirib çıxarmamışıq. Ortaya çıxan anlaşılmazlığı öz aramızda çözdük və dost kimi ayrıldıq. Yeni yaradılan şirkətin imkanları tək kliplər və reklam çarxları çəkməkdən ibarət deyil. Adından gördüyünüz kimi, "Aqil M.Quliyev Film" həm də film və seriallar çəkmək üçün yaradılıb. Hələlik reklam və kliplər çəkirik. Aprelin 14-də müqavilə imzaladığımız avtoşirkətin 80 illik yubileyi keçirilir. Əməkdaşlarla birlikdə "S-80" adlı layihə hazırlayırıq. Onu da qeyd edim ki, yaradıcılıq işi fəaliyyət dövrümdə ilk avtolayihəm olacaq".
Rejissor "Akademiya"da birgə çalışdığı peşəkar kadrların müəyyən qismini yeni şirkətə cəlb etdiyini söylədi. Texniki avadanlıqlara gəlincə, bildirdi ki, bunlar satışa çıxarılıb. Rejissorun payına düşən texnikadan isə "Aqil M.Quliyev Film"in fəaliyyətində istifadə ediləcək.
Yeni şirkətdə yeni planlarından söz salan Aqil M.Quliyev ekranlaşdırdığı "Mənsiz qalanım" adlı filmin təqdimatına hazırlaşdığını bildirdi: "Montaj işləri yekunlaşıb, hazırda səsləndirmə prosesi gedir. Filmdə baş rolları aktrisa Firəngiz Mütəllibova və müğənni Nazim oynayıblar. Bu təqdimatdan öncə mətbuat işçiləri ilə başqa mövzuda görüşmək istəyirik. Tədbir "Akademiya" ətrafında yaranan söhbətlərə və yeni fəaliyyət planına həsr ediləcək".
Mənbə: AYNA
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

