“Karib dənizi quldurları – Dünyanın sonu”
3.04.2007 Yazını böyüt :
Tropik dənizlərin azad ruhlu kapitani Jack Sparrow və dostları ilə üçüncü görüşə hazır olun...
Jack Sparrow, Will Turner, Elizabeth Swann və digər quldur dostlar 25 mayda bütün dünyada öz sevərlərini yenə də sevindirəcəklər.
2006-cı ildə bütün dünyada izlənilmə sayısına görə rekordlara imza atan, rekord gəlirlər əldə edən filmlər seriasının 3-cü hissəsinin hekayəsi isə belədir.
Kapitan Jack Sparrowu Davy Jonesin sandığındakı ölümcül tələdən xilas etmək istəyən Will Turner və Elizabeth Swann çarəsiz bir vəziyyətdə Kaptan Barbossa ilə ittifaq bağlayırlar. Hindistanda bir ticarət şirkətinin idarəsində olan Davy Jonesun qorxunc kabus gəmisi The Flying Dutchman isə dünyanın bütün dənizlərində tüğyan edir.
Vəhşi dənizlərdə yelkən açarkən yolları Sinqapura düşən quldurlar dünyanın sonu muharibəsinə daxil olur. Quldurlardan hər biri öz taleləri və həyatları üçün deyil, bütünlükdə sərbəstlik yolu olan quldurluq həyat tərzini qurtarmaq üçün mubarizəyə başlayırlar.
Filmin rejissoru ilk 2 hissədə olduğu kimi yenə də Gore Verbinskidir. Senari müəllifləri isə Ted Elliott ile Terry Rossio dur.
Aktyorlar siyahısı isə belədir :
Johnny Depp (Kapitan Jack Sparrow), Orlando Bloom (Will Turner), Keira Knightley (Elizabeth Swann), Chow Yun-Fat (Kapitan Sao Feng), Stellan Skarsgard (Bill Turner), Naomie Harris (Tia Dalma), Tom Hollander (Culter Beckett), Jack Davenport (Admiral James Norrington), Bill Nighy (Davy Jones), Jonathan Pryce (Wetherby Swann), Geoffrey Rush (Kapitan Barbossa), Lee Arenberg (Pintel), MacKenzie Crook (Ragetti), Kevin McNally (Joshamee Gibbs), Vanessa Branch (Giselle), Reggie Lee (Tai Huang), Keith Richards (Jack Sparrow’un atası).
Yazdı : B abək
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

