Boyun kirəcləşməsi həyat tərzindən asılıdır
9.04.2007 Yazını böyüt :
Belə dəyişikliklərə peşə xəstəlikləri də demək olar. Məsələn, boyundakı kirəcləşmə peşə xəstəliyi olmaqla yanaşı, onun əmələ gəlməsinin bir səbəbini də həyat tərzində axtarmaq lazımdır. Boyun kirəcləşməsindən şikayətlər əsasən 40-50 yaşlar arasında başlayır və yaşlandıqca daha da artır.
Əlamətləri
Boyun ağrısı, boyun hərəkətlərində məhdudiyyət, boyun əzələlərində gərginlik və s. Bütün bunların başında isə baş ağrısı dayanır. Boyun kirəcləşməsi zamanı sinir təzyiqi ilə bağlı qol ağrısı, keyləşmə, əzələ zəifliyi və digər qüsurlar meydana gəlir. Boyun ağrısı çiyinə və kürəyə də yayıla bilər. Ağrının müddəti uzandıqca orqanizmdə yuxusuzluq və xroniki ağrı sindromu müşahidə olunur.
Bu xəstəliyə ən çox kimlər tutulur? - Ağır işlərdə və ya uzun müddət eyni vəziyyətdə işləyənlər, ağırçəkililər, ciddi onurğa əyriliyi olanlar və s.
Xəstəlik necə müalicə edilir? - Boyun kirəcləşməsi əsasən dərmanla, həmçinin fizioterapiya yolu ilə müalicə olunur. Fizioterapiya müalicəsində isti, soyuq su və elektrik enerjisi ilə qola yayılan ağrı azaldılır. Ağrı nəzarətə götürüldükdən sonra boyun əzələlərini qüvvətləndirici proqramlar başlayır.
Nələrə diqqət yetirmək lazımdır? - Ağırlıq qaldırmamaq və kompyuterdə işləyərkən boynu normal vəziyyətdə saxlamaq... Digər tərəfdən, kompyuter masası ilə oturacaq mütənasib olmalı, baş 10-15 dərəcə önə əyilmiş vəziyyətdə dayanmalıdır. Yatarkən çox yüksək yastıqlardan istifadə etmək məsləhət deyil. Yastıq daha çox boyun boşluğunu dəstəkləməlidir.
Mənbə: Zaman
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

