"QızılButa" mükafatları öz sahiblərini tapdı!

11.04.2007 Yazını böyüt :       

Günlərdir hamının maraqla gözlədiyi “Qızılbuta” mükafatının nəticələri dünən açıqlandı. Səsvermənin ikinci turunda aktiv iştirak edən www.Xazar.name www.Xazar.info istifadəçiləri bu ilki “Qızılbuta” mükafatlarının kimlərə çatacağını müəyyən etdilər.
Xazar NameDemokratik Azərbaycanlılar İctimai Mərkəzinin təşkilatçılığı ilə baş tutan gecənin əsas məqsədi mədəniyyət və şou-biznes sahəsində uğurlu layihələri aydınlaşdırmaq və müasir Azərbaycanın gələcək inkişafına mədəniyyət sahəsində olan marağı bir daha vurğulamaq idi. Tədbirdə gənc istedadlarla yanaşı artıq uzun illərdir səhnədə tamaşaçıları feyziyyab edən məşhurlarımız da iştirak edirdilər. Təqdimetmə mərasimində kimlər yox idi ki, Ağaxan Abdullayev, Alim Qasımov, Nisə Qasımova, Aygün Bəylər, Faiq Ağayev, Rüfət Mehdiyev, İlqar Muradov, Teymur Mustafayev, Məleykə Əsədova, Xuraman Şuşalı, Kristal qrupu və s. Tədbirdə iştirak edənlərin siyahısını istədiyimiz qədər uzatmaq olar. Demək olar ki, şou-biznesdən hamı bu mərasimdə idi. Fidan və Xuraman Qasomovalar, Aygün Kazımova, Namiq Qaraçuxurlu kimi tanınmişlar isə təşkilatçı Zaur Mirzəyevin sözlərinə görə üzürlü səbəblərdən tədbirdə iştirak edə bilməyiblər.

Tədbir təxminən saat 19:00 radələrində başladı. Tədbirin aparıcı kimi yükünü hal-hazırda Space kanalında “VİP klub” verlişinin də aparıcıları olan Fərid və Orxan qardaşları daşıyırdı. Tədbir açıq elan ediləndən sonra söz təşkilatçı qisminə - Zaur Mustafayevə verildi. O, tədbirin niyə məhz “Qızılbuta” adlandırdığını və tədbirin keçirilmə məqsədini tamaşaçılara və iştirakçılara açıqladı. Sitat: “Mükafatın Qızıl buta adlandırılması təsadüfi deyil. Buta milli arnamentdir. Məhz bu arnamentlə də biz sənətçilərimizi mükafatlandırmışıq”. Təşkilatın fəxri üzvü kimi isə Arif Qazıyev seçildi.

Növbə mükafatların təqdim edilməsi anına gəldi. Nəticələrin ancaq mükafatlandırma günü ictimaiyyətə açıqlandığından tamaşaçılar maraqla nəticələrin necə olacağını gözləyirdi. Aparıcılar səhnəyə ilk olaraq Ağaxan Abdullayevi dəvət etdilər. Gənc istedadların yetişdirilməsindəki xidmətlərinə görə məhz o “Qızılbuta” mükafatına layiq görüldü. Daha sonra isə növbə ilə nominasiyalar üzrə qaliblər açıqlandı. Milli mədəni dəyərləri ifasında əks etdirdiyinə görə Teymur Mustafayev “Qızılbuta” mükafatına layiq görüldü. Tədbir onun ad gününə təsadüf edirdi. Hamımızın “Teymur Əmi” kimi tanıdığımız səhnəmizin qocaman sənətkarı mükafatı həyat yoldaşına xithab etdi. Növbəti mükafatlandırılanlar sırasında isə aktyorluq sahəsindəki uğurlu fəaliyyətinə görə Məleykə Əsədova oldu. O, bu mükafata layiq görüldüyü üçün tamaşaçılara xüsusi minnətdarlığını bildirdi. Daha sonra bir-bir xalqın sevib qiymətləndirdiyi sənətkarlar səhnədə bir-birini əvəz etdi. Onlardan Alim Qasımov Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə, Gövhər Həsənzadə Azərbaycan müsiqisinə verdiyi tövhələrə görə, Könül Xasıyeva millli mədəni dəyərləri ifasında əks etdirdiyinə görə, Faiq Ağayev uğurlu konsert proyektinə görə, Nisə Qasımova Azərbaycan şou-biznesinin yaranması və müasirləşməsində xidmətlərinə görə, Xuraman fərqli imicinə görə, Aygün Bəylər ifasında vətənpərvərliyi təbliğinə görə, Kristal qrupu müasir estarda səhnəsində yeni janrda ifasına görə mükafatlara layiq görüldülər. Tədbirdə jurnalistlər də diqqətdən kənarda qalmadılar. Lider TV-də yayımlanan “Kim?Harda?Necə?” verlişi, Space və ANS telekanallarından da uğurlu fəaliyyətinə görə mükafatlandırılanlar oldu. Mərasimdə iştirak edən şou-biznes əhli bununla da kifayətlənmirdi. Tədbiri tam olaraq isə bu yaxınlarda Space kanalında seyr edə biləcəksiniz.
 Hələlik isə tədbirdə hazırlanan FOTO Sesiyyaya baxa bilərsiniz. Xazar Name




Xazar Name


Xazar Name


Xazar Name

Xazar Name

Xazar Name

Xazar Name

Xazar Name

Xazar Name

Tədbirdən çəkilən bütün FOTO lara baxmaq üçün klik edin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 781 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 3)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər