«Fast food»-kökəlməyin səbəbi

16.04.2007 Yazını böyüt :       

Gün ərzində normal nahar etməyənlərin sonradan köklükdən şikayətlənməsi qəribə görünə bilər.
X news Amma, sən demə bunun da öz səbəbləri var. İngilislərin sözü ilə desək, bunun səbəblərindən biri də məhz «fast food»lar, yəni ayaqüstü yeyilən yeməklərdir.

«Fast food»lar ayaq üstə - hərəkətdə yeyilməsinə baxmayaraq, yenə də o öz işini görür və nəticədə artıq çəki problemi yaranır. Buna görə də təəccüblü deyil ki, dünyanın ən çox şişman adamları da, «fast food»ların vətənindən - yəni Qərb ölkələrindədir.

Bakıda həmsöhbət olduğum sakinlərin əksəriyyəti isə, Qərbdən gəlmiş «tez-bazar» yeməklərə o qədər də meyl göstərmirlər: «Hərdən-bir dönər yeyirəm. Amma, elə yerlər var ki, yaxşıdır, eləsi də var pis», «Bir dəfə yemişəm, 2-3 il bundan qabaq. Məncə o mikrob mənbəyidir», «Ətin sanitar qaydalara cavab verib-verməməsi barədə şübhəm var. Ona görə də almıram».

Həkim Zeyqəm Süleymanov isə deyir ki, hazır yeməklər-«fast food»lar insan orqanizminə bir o qədər də ziyan deyil. Əsas odur ki, gündəlik qidalanma onların üzərində qurulmasın. Həkimin fikrincə, əsas narahatçılıq məhz bundan sonra başlayır.

«Əgər həftədə 2-3 dəfə yeyilərsə heç bir zərər verməz. Əgər qida rejimi onun üzərində qurularsa, gündə bir neçə dəfə istifadə olunarsa, bu şişmanlığa gətirir. Çünki onlar ədviyyatdan çox istifadə etdiklərinə görə, adamda bir vərdiş yaranır».

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə «fast food»ların bütün dünyada istehlakçıların hüquqlarını pozduğunu deyir: «Fast food» sistemində birmənalı olaraq genetik dəyişilmiş mallar satılır. Ketçuplar, kartof qızartmaları və bir sıra yeməklər modifikasiya olunmuş ərzaqlar hesab olunur».

Bakının dönər dükanlarının birindən isə bildirdilər ki, onların gün ərzində 300-dən çox müştərisi olur. Alıcılar bir qayda olaraq, mal ətindən hazırlanan dönərlərə üstünlük verirlər.

Amerikanın «Forbes» jurnalı keçən il 194 ölkə arasında artıq çəkililəri araşdırarkən müəyyən edib ki, Azərbaycan əhalisinin təqribən 57 faizindən çoxunda çəki normadan artıqdır.

Ekspertlərin fikrincə, isə buna səbəb az fiziki hərəkət və stressli işlə yanaşı, həm də «fast food»-lar imiş.


Yazdı: Sevinc Hüseynzadə ( Azadlıq radiosu )

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 668 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 7)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər