"Bizdə Alçaldan juri yoxdur"
23.04.2007 Yazını böyüt :
Qonağımız "Mən də varam" verlişinin təşkilatçısı eyni zamanda aparıcısı İdris oldu.
"Space TV" də ikinci həftəsini yaşayan "Mən də varam." verlişi haqqında daha ətraflı məlumat çatdırma üçün aparıcı İdrisdən qısa müsahibə aldıq. Bizi maraqlandıran sualları ondan soruşduqda isə gözlədiyimizdən daha maraqlı cavablar adlıq. Müsahibəyə format dəyişkənliyi ilə əlaqədar sual ilə başladıq.
- Formatın dəyişikliliyinə nə səbəb oldu?
- Bu gün "Space TV" nin daha geniş imkanları var. Əgər daha əvvəl saat 22.00 da açıqladığımız nəticələr "Azercell" dən saat 18..00 da adlığımız nəticələrə əsaslanırdısa artıq bu gün online olaraq internet üzərindən "Azercell" işçi olmasa belə ən son nəticələri əldə edə bilirik .
- Layihədə özünüzün tərəfkeşlik etdiyiniz janr varmı?
- İstənilən janrda mən keyfiyyətli musiqinin tərəfdarıyam.
- Sizcə müsabiqədə janrlar və ya musiqiçilər mübarizə aparacaq ?
- Məncə burda tamaşaçı rəğbətini ifaçılar qazanacaq. Məsələn "reqi" üslubuna Azərbaycanda ilk dəfə müraciət edən Renat bizim müsabiqənin iştirakçılarından biridir. Əgər o müsabiqədə uğur qazansa və özünü tamaşaçıya sevdirə bilsə bu o demək deyilki o yeni bir janr tapıbdı. Sadəcə olaraq o bu janrı tamaşaçılara sevdirə bildi.
- Təcrübələrinizə əsaslanaraq ən iddialı iştirakçını təyin edə bilərsinizmi?
- Adətən bu cür müsabiqələrdə praqnozlar, nəticələrlə üst - üstə düşmür. Gedişatda qərarı sırf tamaşaçılar sırf SMS lə verdiyindən, hadisələrin necə inkişaf edəcəyini qabaqcadan təyin etmək mümkün olmur. Ancaq güclü iştirakçılara bir neçə misal çəkə bilərəm: Məsələn Zaur Əmiraslanov. O İtalyada təcrübə keçmiş bir müğənnidir. Azərbaycan səhnəsində isə belələrinə çox az rast gəlinir. Digəri isə Uran. O ilk albomunu 10.000 tirajla satmışdır. Növbəti Ramin. O, "Nabran" mahnısı ilə müəyyən bir dövrün ən sevimli ifaçı olmuşdu, baxmayaraqki onu üzdən heç kəs tanımırdı. Səidəni isə Can qrupundan artıq tamaşaçılar tanıyır.
- Qalibi nə kimi mükafatlat gözləyir?
- Əşyavi hədiyyə olaraq Birinci yerin sahibini sponsor "Kapital Telecom"dan bir ədəd Nokia 8800 Sirocco mobil telefonu gözləyir və bundan əlavə hər tərk edən iştirakçı isə "Kapital Telecom"dan mobil telefon qazanacaq. Bundan əlavə isə qalib üçün "Space" telekanalının qapıları onun üçün həmişə açıq olacaq. Bir növ telekanal onun ikinci evinə çevriləcək. Biliyimiz kimi gənclərin ən böyük problemlərindən biri tanınmaqdı və "Space" bu problemi onun üçün həll edəcək. Qalibin yaradıcılığını dinləyiciyə çatdırmağı "Space" öz üzərinə götürür.
- Biliyimiz kimi indi bu tipli bir çox layihələr var. Sizi bənzərlərindən nə fərqləndirir?
- Əsas fərq burada iştirakçılar öz mahnılarını oxuyurlar. Yalnız onlar üçün bəstələnmiş və hazırlanmış musiqini. Heç də digərlərindəki kimi tanınmış mahnıları götürüb ifa etmirlər. Digər fərq isə tamaşaçı seçim turlarından olan jurinin seçim turuna gələn iştirakçı ilə "məzələnməni" görmür. Üstəlik hər həftə iştirakçılar jurilət tərəfindən alçaldırmır . Bir sözlə tamaşaçılar heç bir təsir altında qalmadan öz qərarlarını özləri verirlər. Bu həmdə onların gələcək kariyeralarına müsbət təsir edir. Belə ki, tamaşaçı hər həftə juri tərəfindən mənfi fikirlərə məruz qalan bir iştirakçını ulduz kimi qəbul etmir.
- Seçim turları nə qədər davam etdi?
- Fevralın 15 dən ilk efir gününə qədər. Bizim üçün qərar vermək çox çətin idi.
- Daha çox hansı janrdan olan ifaçılar müraciət edirdilər?
- Mən də varamın bundan öncəki iki proyektinin sırf rep ilə bağlı olması ilə əlaqədər olaraq məhz bu janr üstünlük təşkil edirdi. Ən çox sənəd qəbulu da bu sahədə oldu. 100 dən çox sənəd yalnız rep ilə bağlı ifaçıları tərəfindən verilmişdi. Bundan sonra çox müraciət olunan janrlar arasında pop musiqi ilə bağlı , sonra isə rock ilə bağlı sənədlər var idi. Sıralamada sonraki yeri isə caz tuturdu. Burada bəzi janrlar sahəsində problemlərdə özünü göstərdi. Belə ki rock və caz musiqisi sırf canlı oxunduğunda gözlənilən effekti verdiyindən onlar arasından efirə ən layiqli olan iştirakçıları seçməkdə çətinlik çəkdik.
Nəzərinizə çatdırırıq ki, son buraxılışda isə "Mən də Varam"ı Vüqar tərk etdi. Verlişlə bağı sual və fikirlərinizi forumda yaza bilərsiniz
http://forum.xazar.com/forumdisplay.php?f=46
"Space TV" də ikinci həftəsini yaşayan "Mən də varam." verlişi haqqında daha ətraflı məlumat çatdırma üçün aparıcı İdrisdən qısa müsahibə aldıq. Bizi maraqlandıran sualları ondan soruşduqda isə gözlədiyimizdən daha maraqlı cavablar adlıq. Müsahibəyə format dəyişkənliyi ilə əlaqədar sual ilə başladıq.- Formatın dəyişikliliyinə nə səbəb oldu?

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çox arvadlı kişilər daha uzun yaşayır
Bir rejissorun "Manifest"i
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?