Kenan AYAQ xəstəsidi
29.04.2007 Yazını böyüt :
Son zamanlar Türkiyənin magazin gündəmində ən samballı yeri Kenan Doğulu tutur. Türkiyənin yeni Eurovision ümidi olan Kenan necə qadınları sevdiyini açıqlayıb.
Axır vaxtlar Kenanın atdığı hər addım dediyi hər söz Türkiyə mediyasında yaman əks-səda doğurur. Son albomundakı xitlərdən sonra məşhurluğunu istədiyi həddə çatdıran müğənni 52-ci Eurovisin musiqi yarışmasında da Türkiyəni təmsil edəcəyi üçün artıq onun həyatı insanlar üçün daha maraqlıdır. Yalnız yaradıcılığı deyil, artıq şəxsi həyatı da insanlar üçün maraqlı olan Kenan keçən həftə reportajlarının birində sevdiyi qadın profilindən ip ucu verib.
"Nə istədiyini bilən, ağıllı, baxımlı və gözəl qadınları sevirəm. Məni başa düşməsi də çox vacibdir, biz həyatı paylaşmalıyıq. Dərdləşə biləcəyim biri olmalıdı" deyən Kenan heyranları üçün necə qadınları sevdiyini bildirib. Daxili gözəllik qədər xarici gözəlliyə də önəm verdiyini etiraf edən müğənni qarşı cinsdə sevdiyi geyim tərzini belə təsvir edib: "İnsanlara bəyəndirmək üçün yox, özü üçün geyinməlidir. Mənim gözəl ayaqlardan xoşum gəlir, buna görə də ayaqları yaxşı göstərməyən ayaqqabı seçən xanımlara əsəbləşirəm".
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

