«Yaxın gələcəkdə Bakıda görüşəcəyik»
1.05.2007 Yazını böyüt :Filipp Kirkorov onu dəstəkləyən azərbaycanlılara təşəkkür edib
Rusiya estradasının ulduzu Filipp Kirkorov Bakıda konsert vermək sevdasından əl çəkmir. Ölkəmizdə çoxlarının erməni kimi qəbul etdiyi müğənni bununla razılaşmır. Samarada qastrol səfərində olan Filipp «TrendLife»ın müxbiri ilə söhbətində Azərbaycanda onun tərəfini tutanlara öz təşəkkürünü bildirib: «Bu qədər çox adamın məni sizin şəhərdə görmək istədiyini eşidəndə yaxşı mənada təəccübləndim. Mənə göstərdikləri dəstəyə görə onların hər birinə təşəkkür edirəm. Güman edirəm ki, bu arzumuzu birgə həyata keçirəcəyik və yaxın gələcəkdə Bakıda görüşəcəyik».
Mənbə: Gündəlik Azərbaycan qəzeti
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

