Xərçəngin dərmanı çaydı
6.05.2007 Yazını böyüt :
ABŞ elm adamlarından maraqlı xəbər – gündə 2 fincan çay dəri xərçəngi riskini 65 faiz azaldır.
Gündə 2 fincan çayın bu riski azaltdığı, limonlu çayın isə daha da riski yox etdiyini bildirildi.
Amerikalı elm adamları dəri xərçəngi xəstəliyinə tutulmuş 1400 nəfər xəstəylə 700 sağlam insanın həyat tərzlərini qarşılıqlı şəkildə müqayisə edib. Nəticə isə təəccüblü olub. Məlum olub gün ərzində 2 fincan yaşıl və ya qara çay içən sağlam insanlarda dəri xərçənginə tutulma riski 65 % azdır. Çaya limon əlavə olunmasının isə çayda xərçəngə qarşı qoruyuculuğunu daha da artırdığı təsdiqləndi.
Araşdırmanın nəticələrini "European Journal of Cancer Prevention" adlı tibbi jurnalda yayımlayan Dartmouh tibb fakultəsi tədqiqatçı alimləri çayın tərkibində olan "polifenol" maddəsinin antioksidan xüsusiyyətinin xərçəngdən qorunmağa kömək olduğunu bildiriblər.
Ancaq alimlər yalnızca çay içməklə dəri xərçəngindən qaçmanın mümkün olmadığını bildiriblər.
Yazdı : Babək
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

