"MAŞIN" BU GÜN EFİRƏ ÇIXIR
11.05.2007 Yazını böyüt :
İştirakçıların bəzilərinin adlarını öyrənə bildik
Xəbər verdiyimiz kimi "Maşın" realiti-şousu bu gün növbəti sürəti ilə efirə çıxacaq. Layihə təşkilatçıları "007 - Tam məxfi" adlandırdıqları şounun iştirakçıları barədə bir kəlmə də olsun məlumat vermək istəmirlər. Onlar sürprizi şounun efirə çıxacağı vaxta saxlamaq istəyirlər. Amma biz dolayısı ilə iştirakçıların bəzilərinin adlarını öyrənə bildik.
Xatırladaq ki, bir neçə həftə öncə "Maşın"ın yeni sürəti barədə qəzetimizə eksklüziv müsahibə verən layihə rəhbəri Murad Dadaşov yarış iştirakçılarını sırf teatr və kino aktyorlarının təşkil edəcəyini bildirmişdi. O bu ideyanın səhnə adamları ilə tamaşaçıları arasında yaxın ünsiyyət yaratması məqsədi daşıdığını bəyan etmişdi. Amma bizə məlum olmayan hansısa səbəblər üzündən layihədə dəyişikliklər edilib. Belə ki, bu dəfə "Maşın" uğrunda aktyorlarla yanaşı bir o qədər məşhur olmayan müğənnilər də yarışacaqlar.
Onlar Gənc Tamaşaçılar Teatrının aktyoru, Ağaxan Salmanlı, Nicat Kazımov, Allahverdi Yolçuyev, aktyor Çingiz Əhmədov, Sumqayıt Dram Teatrının aktyoru Valeh Kərimov, İrəvan Dövlət Dram Teatrının aktrisası, "Çal-çağır"dan Toppuş bacı kimi tanıdığımız Tünzalə Ağayeva, müğənnilər Natəvan Həbibi, Ayan (Ədalət Şükürovla duetdə çıxış edib) və Xəyyamdır. Meyxanaçı Namiq Qaraçuxurlunun da iştirakçılar arasında olacağı bildirilir. 18 nəfərlik heyətin bütün üzvlərinin adları isə bu gün axşam məlum olacaq.
Xatırladaq ki, "Eurovision-2007"ni izləmək məqsədi ilə Helsinkiyə səfər edən Murad Dadaşov ötən gün gecə saatlarında Bakıya qayıdıb.
Yazdı: Zəminə ( Ayna )
Xəbər verdiyimiz kimi "Maşın" realiti-şousu bu gün növbəti sürəti ilə efirə çıxacaq. Layihə təşkilatçıları "007 - Tam məxfi" adlandırdıqları şounun iştirakçıları barədə bir kəlmə də olsun məlumat vermək istəmirlər. Onlar sürprizi şounun efirə çıxacağı vaxta saxlamaq istəyirlər. Amma biz dolayısı ilə iştirakçıların bəzilərinin adlarını öyrənə bildik.Xatırladaq ki, bir neçə həftə öncə "Maşın"ın yeni sürəti barədə qəzetimizə eksklüziv müsahibə verən layihə rəhbəri Murad Dadaşov yarış iştirakçılarını sırf teatr və kino aktyorlarının təşkil edəcəyini bildirmişdi. O bu ideyanın səhnə adamları ilə tamaşaçıları arasında yaxın ünsiyyət yaratması məqsədi daşıdığını bəyan etmişdi. Amma bizə məlum olmayan hansısa səbəblər üzündən layihədə dəyişikliklər edilib. Belə ki, bu dəfə "Maşın" uğrunda aktyorlarla yanaşı bir o qədər məşhur olmayan müğənnilər də yarışacaqlar.
Onlar Gənc Tamaşaçılar Teatrının aktyoru, Ağaxan Salmanlı, Nicat Kazımov, Allahverdi Yolçuyev, aktyor Çingiz Əhmədov, Sumqayıt Dram Teatrının aktyoru Valeh Kərimov, İrəvan Dövlət Dram Teatrının aktrisası, "Çal-çağır"dan Toppuş bacı kimi tanıdığımız Tünzalə Ağayeva, müğənnilər Natəvan Həbibi, Ayan (Ədalət Şükürovla duetdə çıxış edib) və Xəyyamdır. Meyxanaçı Namiq Qaraçuxurlunun da iştirakçılar arasında olacağı bildirilir. 18 nəfərlik heyətin bütün üzvlərinin adları isə bu gün axşam məlum olacaq.
Xatırladaq ki, "Eurovision-2007"ni izləmək məqsədi ilə Helsinkiyə səfər edən Murad Dadaşov ötən gün gecə saatlarında Bakıya qayıdıb.
Yazdı: Zəminə ( Ayna )
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çox arvadlı kişilər daha uzun yaşayır
Bir rejissorun "Manifest"i
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

