Kenan Doğulu: “Hələ təzə başlayırıq”

12.05.2007 Yazını böyüt :       

XazarName           Finlandiyanın paytaxtı Helsinkidə 52-cisi keçirilən ənənəvi Eurovision mahnı müsabiqəsinin yarı finalı artıq başa çatdı. Türkiyəni “Shake It Up Şekerim” adlı mahnısıyla təmsil edən Kenan Doğulu isə ilk 10`luğa düşərək finala qatılmağa haqq qazandırdı. Müsabiqənin ardından jurnalistlərə açıqlamasında “Favoritləri həmişə ən axərda söyləyirlər” deyə zarafat etdi.

 

            Səhnəyə 26-cı çıxan Kenan Doğulu tamaşaçıların gözlərini qamaşdırdı. Səhnədəki performansından da bu gecəyə yaxşı hazırlandığı görünən Kenan tamaşaçıların müsbət rəyini qazana bildi. Yarı final gecəsi səhnədə geyindiyi qırmızı paltarı da xüsusi olaraq gecə üçün hazırlatdıran Kenan, bu işdə türkiyəli modelyer Ceyda Balaban`a etibar etmişdi. Onun paltarında 11 min svarovski daşdan istifadə olunubmuş. Səhnədə Kenanı müşaiyət edən rəqqaslarda isə 39 min svarovski daşlar var idi. Ümumilikdə isə səhnədəki görüntüyə 50 min svarovski daşlar istifadə olunub.

 

            Jurnalistlərlə söhbətində adlarının gec, 9-cu sırada səslənməsinə diqqət çəkən Kenan bunları deyib: “9 mənim uğurlu rəqəmlərimdəndir, ona görə də çox xoşbəxtəm. Onsuzda sanki 9 olacağımı bilirdim. Əhvalım əladə, axıra kimi səbr elədik, amma nəticə gözəl oldu. Gec oldu, amma çətin olmadı. Nəticələri həyəcan içində gözləyirdik, amma finala çıxacağımıza inanırdım. Əsl iş finalda başlıyır. Hər şey çox gözəl olacaq”.

 

            Doğulu, Finlandıya`nın dövlət kanalı YLE`yə də öz təşəkkürünü bildirib. Amma ən böyük təşəkkürü isə o qürbətdə yaşayan soydaşlarına bildirib: “Hamısın dəstəyini indiyə qədər hiss elədik. Bundan sonra da hiss etmək istəyirik və xahiş edirik. Şənbə günü Türkiyəni sevən hər kəs televozirları qarşısında əyləşib Türkiyəyə səs versinlər.”

 

            Bundan başqa o yarı final gecəsi səhnədə göstərdiyi performansın hələ başlanğıc olduğuna işarə edərək deyib: “Hələ təzə başlayırıq. Bu yarı final idi. Əsas şəumuz isə finalda olacaq”

 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 533 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 8)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər