Mananadan ekskluziv müsahibə
14.05.2007 Yazını böyüt :
Müsahibimiz səhnəmizin sevilən müğənnisi "Manana"dır.
Özünə məxsus səsi ilə həmişə Azərbaycan tamaşaçılarınn ürəyini fəth edən gürcü qızı Mananaya bir neçə sualımızı ünvanladıq.
- Manana xanım bildiyimiz kimi qarşıdan tətil fəsili gəlir. Siz bu ərəfədə öz pərəstişkalarınız üçün, belə demək mümkündürsə yay xiti hazırlamaq barədə düşünürsüz?
- Bəli mütləq fikirləşirəm. Prinsip etibarı ilə artıq mənim belə bir mahnım var və çox yaxın zamanda, ya bu ayın axırı ya iyunun əvvəli artıq radio dalğalarda səslənəcək. Fikirləşirəm ki, bu mahnı da uğurlu olacaq və pərəstişkarlarım bu mahnını da sevəcəklər.
- Bu tətili necə dəyərləndirəcəksiniz?
- Mənim hələki bir neçə (qastrollarım) səfərlərim var. May, iyun və iyul aylarını mən işləyəcəm, yəqin ki, avqustda isə artıq istirahət üçün dəniz sahili bir yerə gedəcəm.
- Haraya səfərləriniz planlaşdırılır?
- Moskvaya, Yaltaya, Yurmalaya və sentyabrda isə Londona qastrollarım (səfərlərim) planlaşdırılır.
- Gələcəkdə hansısa TV proekt hazırlamaq fikriniz var? Artıq müğənnilər verliş hazırlamağa başlayırlar. Məsələn Nura artıq bu işə başlayanlardandır.
- Bilirsiniz, hansısa bir TV proekt açmaq üçün ən əsası vaxt lazımdır. Bunadan başqa konkret bilmək lazımdır ki, sən nə üçün bunu edirsən. Proekti düzgün qurmaq lazımdır. Görəcəyin iş nə qədər lazımlıdır, nə qədər o özünü doğruldacaq. Yaradıcı heyət üçün çox ciddi professional kollektiv lazımdır. Ən başlıcası isə bu vaxtdan asılıdır. Mən indi digər müğənnilər haqda danışmayacam, amma nümunə olaraq Nura`nı götürsək, onun daha çox vaxtı var və o bunu edə bilər. Biz hamımız bilirik ki, musiqi Nura üçün sadəcə xobbidir və o, özünü aparıcı kimi çox yaxşı doğruldur. Bu onda yaxşı alınır. Əlavə olaraq o öz pərəstişkarlarını musiqisi ilə də sevindirə bilər, amma biz bilirik ki, musiqi onun üçün xobbidir. Mənim üçünsə musiqi həyatdır, məqsəddir. Mən özümü aparıcı ampulasında hələki görmürəm, çünki mənim buna ayıracaq yetərli vaxtım yoxdur.
- Deməli musiqi sizin üçün hər şeydən öndən gəlir. Hətta şəsxi həyatdan da?
- Musiqi mənim üçün birinci yerdədir, mənimçün səhnə özü həyatdır.
- Bildiyimiz kimi artıq bir çox ölkələrdə müğənnilər öz saytlarında pərəstişkarları ilə əlaqə saxlayırlar.Sizin belə bir sayt açmaq planınız var?
- Mənim özümün saytım var.
- Fanatlarınızla oradan əlaqə saxlayırsız?
- Day.az`da bölmə var, hansıkı mənim pərəstişkarlarım yığışır və biz ünsiyyət qururuq. Demək olar ki, biz ordan hər gün yazışırıq. Fikirlərimizi bölüşürük, fikir alış-verişi edirik. Mənə dəstək olurlar, mənim yaradıcılığımla maraqlanırlar. Mən onların yazılarına məmnuniyyətlə cavab verirəm və demək olar ki, mən öz pərəstişkarlarımla dostluq edirəm. Ancaq onlar bilir mən nə vaxt orda olacam.
- Maraqlı müsahibə üçün təşəkkür edirik.
- Mən də sizin sayta, sizin kollektivə uğurlar arzulamaq istəyirəm. Sizə çoxlu oxucular arzulayıram, arzu edirəm ki, ən yeni, ən isti xəbərlər sizdə olsun. Saytınızda əməyi olan hamıya uğurlar.



İ Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

