
XazarNamə internet jurnalı bu ilin əvvəlindən fəaliyyət göstərir. Daim yenilənən və genişlənən jurnalımızda yenilik var. Artıq jurnalımızda "Göndərdikləriniz" adlı yeni bir rubrika açıldı. Bu bölmə istifadəçi məktubları və fikirləri əsasında formalaşacaq. Oxucularımızın digər oxucularla fikirlərini, başına gələn əhvəlatları və təcrübələrini bölüşəcəyi bu bölmədə yerləşəcək məqalələri və ya məktubları siz təyin edəcəksiniz. Məktubların məzunu həyat təcrübələrimiz kimi müxtəlif ola bilər. Redaktorlarımız göndərdiyiniz materialları incələyəcək və uyğun məktubları jurnalımızda yerləşdirəcəyik.
Bunun üçün etməli olduğunuz isə çox sadədir. Bizimlə bölüşmək istədiklərinizi bir məktubda toplayıb
info@xazar.com mailinə yolmağınız kifayətdir. Başlıca diqqət etməli olduğunuz məqam isə yazılarınız “əsl azəri şriftləri” ilə yazılmalıdır.
Məktubları yazmağa tələsin...