Şrek sevərlər onunla şəkil çəkdirə biləcək

18.05.2007 Yazını böyüt :       
Mayın 16-da bütün dünyada olduğu kimi Bakıda da "Şrek-3" cizgi filminin premyerası olub.
X news Dünya premyerası ilə əlaqədar Hewlett Packard şirkətinin Azərbaycan nümayəndəliyi Bakıda artıq müxtəlif yaşlı insanların sevimli personajına çevrilmiş Şrekin orijinal maketi ilə pulsuz şəkil çəkdirmək imkanı yaradacaq.
   HP şirkətinin Bakıda keçirdiyi demo-günlər çərçivəsində hər bir şəhər sakini Şreklə şəkil çəkdirərək HP printerlərində çap olunan fotonu pulsuz olaraq dərhal ala bilərlər.
   "Şrek" cizgi filminin yaradılması istiqamətində Dream Works studiyası HP şirkəti ilə hələ 2001-ci ildən başlayaraq yaxından əməkdaşlıq edir. Onların birgə yaratdıqları "DreamColor" texnologiyası cizgi filmlərinin hazırlanmasında böyük sıçrayış etmişdir. Bu texnologiya təsvir keyfiyyətini artırmış, "Şrek-3" cizgi filminin rənglərinin daha qabarıq və real ötürülməsinə imkan yaratmışdır.
   Qeyd edək ki, hazırda HP şirkəti "Şrek" cizgi filminin istehsalçısı olan Dream Works studiyasının baş texnoloji tərəfdaşıdır. "Dream Works" studiyası artıq bir müddətdir ki, cizgi filmlərinin hazırlanmasında HP serverlərindən və digər avadanlıqlarından geniş istifadə edir.
   
Yazdı: Gülər ( 3 nöqtə )

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 1145 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 20)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər