Cib telefonlarında astma və allergiya təhlükəsi var
26.05.2007 Yazını böyüt :
Hesablamalara görə, dünyada 500 milyon insan cib telefonundan istifadə edir və bu rəqəm günbəgün artmaqdadır. Araşdırmalar nəticəsində məlum olub ki, cib telefonları astmaya, beyin şişlərinin əmələ gəlməsinə, yaddaşsızlığa və yuxusuzluğa səbəb olur. Bundan başqa, başgicəllənməsi, ürəkbulanma, başağrıları da əksər vaxt cib telefonlarından qaynaqlanır.
Araşdırmalar cib telefonlarından yayılan mikrodalğaların P maddəsinin, həmçinin VİP və NGF kimi kimyəvi maddələrin ətrafa yayılmasını 2 dəfə artırdığını təsdiq edir. Bunlar əsasən də histamin və P maddəsi, astma və ekzema kimi xəstəliklərin ortaya çıxmasında mühüm rolu olan maddələrdir. 800-900 MHs arasındakı bu mikrodalğaların kortizon kimi allergiyanın müalicəsində istifadə edilən dərmanların təsirini azaltmasının aşkarlanması da bu mövzuda narahatlıqların əsassız olmadığını sübut edir.
Cib telefonlarından uşaq və hamilə qadınların istifadə etmələri daha təhlükəlidir. Buna görə də çalışın cib telefonlarından mümkün qədər az istifadə edin. Danışarkən telefonu qulağınıza çox yaxınlaşdırmayın. Əgər istifadə etməyəcəksinizsə, telefonu üzərinizdə gəzdirməyin.
Mənbə: Zaman
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

