"Qələbə mənə asan başa gəlmədi"

30.05.2007 Yazını böyüt :       
Murad Arif: "Bu qalibiyyətimi ən böyük şansım hesab edirəm"
Xazar Newsİki həftədən çox davam edən "Maşın realiti şou" artıq 7-ci sürətində öz qalibini müəyyənləşdirdi. 6 sürətini geridə qoyan maşın şou bu dəfə ətrafına ən çox aktyor heyətini toplamaqla fərqləndi. Murad Dadaşovun aparıcılığı ilə baş tutan "Maşın realiti şou" iştirakçıların bir-birinə olan fərqli münasibətlərilə - qalmaqal, söz-söhbət və kəskin çıxışlarla yadda qaldı. 18 nəfər iştirakçının bir maşın üzərində mübarizə aparmasına baxmayaraq, "Nissan-Tiana" yalnız bir nəfərin oldu. Xatırladaq ki, finala üç nəfər - müğənni Mübariz Tağıyev, aktrisa Tünzalə Əliyeva və aparıcı Murad Arif qaldı. Finala qalan iştirakçılardan Mübariz Tağıyev 1000 manat əldə etməklə 20% pulsuz yaşayış ərazisi, Tünzalə Əliyeva 1500 manat əldə etməklə 30% pulsuz yaşayış ərazisi, Murad Arif isə 2000 manat əldə etməklə 20% pulsuz yaşayış ərazisi ilə mükafatlandırıldı. Bu üç finalçı arasında da Murad Arif qalib gələrək "Nissan-Tiana"ya sahib çıxdı. Bununla əlaqədar olaraq Murad Ariflə əlaqə saxladıq, o yaşadığı sevinc hisslərini bizimlə bölüşdü: "İnanmırdım ki, maşını mən apara bilərəm. Düzdür, bunun üçün var gücümlə mübarizə aparırdım. Amma özünüz gözəl bilirsiniz ki, şounu tərk etmək çox vaxt iştirakçıdan asılı deyildi. Çünki oyunun qaydalarına uyğun olaraq səs toplayıb kimsə səni çıxarır". Murad iki dəfə şəklinin atıldığını və buna baxmayaraq səs toplayıb oyunu qalib kimi davam etdirdiyini vurğulasa da, finala qalmasını möcüzə hesab etdi. "Bu qələbə mənə asan başa gəlmədi, inanın hər dəfə kimsə oyundan uzaqlaşanda həyəcan hissləri məni bürüyürdü ki, bu dəqiqə mənim adım hallanacaq. Ona görə də bu qalibiyyətimi ən böyük şansım hesab edirəm". Murad Arif maşın sürə bilmədiyini də təəssüflə qeyd etdi və bundan sonra maşın sürməyi mükəmməl öyrənəcəyini vurğuladı.
   Sonda isə qeyd edək ki, maşının 8-ci sürətinə payız aylarında start veriləcəyi bildirildi. Bu sürət də digərlərində olduğu kimi fərqliliyi ilə seçiləcək və jurnalistlərin iştirakı ilə reallaşacaq.


Mənbə: 3 nöqtə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 476 dəfə Çap variantı
Reyting: Reyting: 3 (səslər: 2)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər